www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Cəmiyyət » Goranboyda Çernobıl faciəsinin 35-ci il dönümü münasibəti ilə tədbir keçirilib

Goranboyda Çernobıl faciəsinin 35-ci il dönümü münasibəti ilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının inzibati binasında Çernobıl faciəsinin 35-ci il dönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə rayonda yaşayan Çernobıl əlilləri və ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədbiri deputatın köməkçisi Elçin Cahangirov açaraq Çernobıl hadisələri barəsində məlumat verib və hadisədə həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Qeyd olunub ki, Çernobıl qəzasının nəticələri Azərbaycandan da yan keçməyib. Qəzanın nəticələrinin aradan qaldırılmasında 7 mindən çox həmyerlimiz iştirak edib. 1993-cü ildə ümummilli lider Heydər Əliyev Çernobılda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edən Azərbaycan vətəndaşlarının statusu haqqında sənəd imzalamaqla bu kateqoriyadan olan insanlara diqqət və qayğısını bir daha nümayiş etdirdi. Bu qayğı və bu diqqət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Faciə iştirakçılarının müavinətləri dəfələrlə artırılıb, onların sosial müdafəisi gücləndirilib.
Çernobıl Əlilləri Cəmiyyətinin sədri Namiq Məmmədov və digər tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirib.
Sonda Çernobıl əlillərinə deputat tərəfindən göndərilən sovqatlar paylanılıb.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?