www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Cəmiyyət » Deputat Goranboyda iftar süfrəsində iştirak etdi - FOTOLAR

Deputat Goranboyda iftar süfrəsində iştirak etdi - FOTOLAR

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunda iftar süfrəsində iştirak edib.  
       
“Yeni Gündəm” xəbər verir ki, din xadimlərinin, şəhid ailələri üzvlərinin, Qarabağ müharibəsi əlilləri və imkansız ailələrdən olan insanların iştirak etdiyi iftar mərasimində “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb.
İftar süfrəsində çıxış edən Anar Məmmədov bildirib ki, Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır. Onun sözlərinə görə, mübarək Ramazan günlərində iftar süfrəsinin təşkil edilməsi cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir.
Mərasimdə xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün diləklər edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının ruhuna dualar oxunub. Onu da qeyd edək ki, iftar süfrəsi pandemiya ilə əlaqədar olaraq karantin şərtlərinə uyğun təşkil edilib.
Sonda Milli Məclisin deputatı Anar Məmmədov seçiciləri ilə görüşüb.


ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?