www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Cəmiyyət » Bakı metrosunda ilk həftə daşınan sərnişinlərin sayı açıqlandı

Bakı metrosunda ilk həftə daşınan sərnişinlərin sayı açıqlandı

Bakı metrosunda gün ərzində daşınan sərnişinlərin sayı açıqlanıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, metronun fəaliyyəti bərpa edildikdən sonra sərnişindaşımaların sayı ilk həftə ərzində metropolitenin 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2 dəfə az olub:
“Belə ki, orta hesabla gün ərzində 350 000 - 400 000 civarında sərnişin daşınması həyata keçirilib”.
B.Məmmədov ötən həftə ilk dəfə istifadəyə verilən “8 Noyabr” stansiyasında orta hesabla təxminən gündəlik 2 500 sərnişin daşındığını da qeyd edib. Bununla yanaşı bildirib ki, inşasına başlanılan Xocasən elektrik deposu kompleksinə daxil olan yerüstü stansiyanın gələn ilin sonuna tamamlanması planlaşdırılır.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?