www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Cəmiyyət » Goranboyda Anar Məmmədovun təşəbbüsü ilə Vətən müharibəsi Şəhidinin doğum günü qeyd edildi - FOTOLAR

Goranboyda Anar Məmmədovun təşəbbüsü ilə Vətən müharibəsi Şəhidinin doğum günü qeyd edildi - FOTOLAR

Bu gün II Qarabağ müharibəsi zamanı şəhid olan Quluyev Akşinin anadan olduğu gündür. Bu münasibətlə 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, şəhidin məzarını ziyarət edib.

Burada şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib.
Bildirilib ki, hər bir Azərbaycan oğlu kimi Quluyev Akşin də torpaqlarımızın işğalı ilə heç vaxt barışmayıb. Bu səbəbdən də II Qarabağ müharibəsi başlayan kimi silaha sarılaraq cəbhəyə yollanıb və torpaqlarımızın işğaldan azad olunmasında fəal iştirak edərək şəhidlik zirvəsinə ucalıb.
Deputatın köməkçisi daha sonra şəhidin evinə gələrək onun ailə üzvləri ilə görüşüb, qayğıları, problemləri ilə maraqlanıblar.
Şəhidin ailə üzvləri dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?