www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Cəmiyyət » Ağdamın səmasında üçüncü doğum gününü qeyd edən Surxay Əlibəyli

Ağdamın səmasında üçüncü doğum gününü qeyd edən Surxay Əlibəyli

Tanınmış jurnalist, vətənpərvər ziyalı Surxay Əlibəylinin bu gün doğum günüdür.

Dünya bir pəncədir, hər gələn baxar gedər...

Kimlərsə bu pəncərə önündən çəkilən kimi, unudular, kimlərsə əbədi yaşar ömür qazanar.

Ağsaqqalım, böyük qardaşım, imzası ilə Azərbaycan mətbuatına möhür vurmuş Surxay Əlibəyli övladlarının, ailəsinin, qohumların, dostların, həmyerlilərinin qəlbində əbədi bir iz qoyub getdi. O, üç cildlik "Ağdamım-Qibləgahım" kitabı ilə Ağdamın tarıxinı yazdı. Bu əməyi ilə Ağdam üçün heç kimin etmədiyini və indən sonra da edə bilməyəcəyini etdi. Həmdə sevə-sevə etdi... Bu işi özünə görəv bildi.

Bu gün sənin doğum günündü... Bizləri tərk etdiyindən sonra üçüncü doğum günündüki sənsiz qeyd edirik. Yenə yığışacarıq məzarın başına... Qohumlar, dostların sənli günlərini xatirlayacaq. Sən 93-cu ildən bəri doğum günlərində heç sevinməzdin, əksinə çox kövrək olurdun həmin günlər. 50 illiydə dediyin söz yaxşı xatirimdədir. Dedinki; "İnsan öz doğum günündə ilk üz tatacağı məkan anasının məzarı olmalıdır. Məzar başında onu dünyaya gətirən qadının ruhundan növbəti dəfə halallıq və xeyr-dua almalıdır. Ondan sonra rahat şəkildə doğum günün qeyd etməyə haqqı çatar. Mən isə, məni dünyaya gətirən qadının məzarını zayarət etməkdən məhrumam."

Sən bütün mənalarda dərin fikir adamı idin. Söz eytiyyatın bitib, tükənməz idi. Fitri yaddaşınla səni Ağdamın enskopidiyası adlandırırdılar. Babasını, əcdadını tanımayanlara babasın, əcdadın tanıtmısan. Ağdamın işğalından sonra bürün bacarığını, enerjını, gözlərinin nurunu, beyninin zəkasın Ağdamın unudulmamasına sərf etdin. Üç cildlik "Ağdamım-Qibləgahım" kitabı ilə yanaşı, "Bura Vətəndir", "Ruhların harayı", Ağdamın el ağsaqqalı Seyid Lazım Ağa haqqında "Tanrının nur payı", Qədir Rüstəmov haqqında "Qeybdən gələn səs" və digər kitablarınla əsl ağdamlı, əsl ziyalı, əsl vətəndaş olduğunu sübut etdin.

Sən Ağdam nisgili ilə yaşadın, elə həmin nisgillə də gözlərini əbədi yumdun. Ancaq sən bir insan kimi çox xöşbəxt insan idin. Halallığınla, istedadınla böyük hörmət və dostlar qazandın. Tanrı səni canından artıq sevdiyi Türk millətinin və hər zaman qürur duyduğun kışının övladı olaraq dünyaya gətirdi. Tanrı sənə iki layiqlı övlad bəxş etdi və əllərin övladının əlində dünyanı dəyişdin. Sənin dəfn və hüzr mərasiminin şahidi olan şəxslərin çoxu sənin ölümünə belə həsəd apardılar.

Sən hələ gənc yaşlarından ailəmizin, nəslimizin dəyəri, ağsaqqalı olmağı bacarmısan. Övladı olan yaxımlarımız övladına ad seçimində belə səninlə məsləhətləşərdilər. Sən hansı adı deyərdinsə, uşağa da o ad qoyulardı. Övlarımızın xeyr işlərində ilk xeyr-dua səndən eşidilərdi. Sənin fikirlərin hər kəs üçün dəyərli idi, özün kimi...

72-ci doğum günündə sənsiz səninləyik, əziz qardaşım. Dəyərlə yaşadın, dəyərlə yad edilirsən. Tanrı Ağdam səmasında pərvazlanan ruhunu nəhayət şad etdi. 28 ildən sonra  Ağdamı ziyarət edənləri sən Ağdamın səmasından izləyirsən. 



ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?