www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Cəmiyyət » Əli Həsənovun kürəkəninin yerinə TƏYİNAT - FOTO

Əli Həsənovun kürəkəninin yerinə TƏYİNAT - FOTO

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. 

Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Ədalət Abbasov Bakının Nizami Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Qaradağ Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 
Xatırladaq ki, bir müddət öncə Qaradağ Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev vəzifəsindən azad edilmişdi. O, Prezident Aparatının keçmiş şöbə müdiri Əli Həsənоvun kürəkənidir.
Bu barədə ilk məlumatı qafqazinfo.az yayıb.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?