www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Cəmiyyət » Sosial şəbəkədə videosu yayılan əsgərimizə avtomobil hədiyyə edildi - VİDEO

Sosial şəbəkədə videosu yayılan əsgərimizə avtomobil hədiyyə edildi - VİDEO

Tanınmış prodüser və aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədə videosu yayılan və avtomobil istəyən hərbçimizə sürpriz edib. 

 
Bu haqda Tolik özü məlumat verib. 
 
Tolik deyib ki, Ramin adlı əsgərimizə avtomobil alınıb:
 
"Raminə maşın alındı, hələlik yalnız maşının nömrəsini deyə bilərəm. Maşının markasını Ramin gələndə sizə təqdim edəcəm. Moskvada yaşayan dostum Bəxtiyara təşəkkür edirəm. O, məndən Ramin üçün gözəl maşın alınması istədi. Hətta maşının nömrəsini belə Raminə zəng edib, seçdik". 
 
Qeyd edək ki, orduda döyüşən hərbçimiz Ramin sosial şəbəkədə "Bir avtomobilim olsaydı, müharibədən sonra sürücü işləyib, ailəmi dolandırardım" deyərək video paylaşmışdır.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?