www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Cəmiyyət » Döyüşdə bir ayağını itirən 23 yaşlı Abbas coşqu ilə qarşılandı - FOTO

Döyüşdə bir ayağını itirən 23 yaşlı Abbas coşqu ilə qarşılandı - FOTO

44 günlük Vətən Müharibəsində yaralanaraq, bir ayağını itirən Abbaslı Abbas xəstəxanadan evə buraxılıb.

Qafqazinfo xəbər verir ki, 23 yaşlı Abbas yaşadığı evdə coşqu və sevinclə qarşılanıb.
Həmin anları Türkiyənin “Anadolu” agentliyi işıqlandırıb.
Qeyd olunub ki, Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə topçu olan qazi müharibənin son günü minaya düşüb.
Özünü itirmədiyini,  500 metr sürünərək, dostlarının olduğu əraziyə gəldiyini söyləyən Abbaslı cəbhədə qurulan xəstəxanada əməliyyat olduğunu bildirib.
Əslən Cəbrayıldan olan qazi “Xidmət etdiyim topçu birləşməsinin Füzuli və Cəbrayılın xilas edilməsində böyük rolu var. Əvvəllər o torpaqları görməmişdim, amma vətənimdir, canımdan keçməyə hazıram”,-  deyə bildirib.
Anası Səbirə İbayeva “Allaha şükür, sağ-salamat qayıtdı. Oğlumla fəxr edirəm və ömrümün sonuna qədər fəxr edəcəyəm”, - deyə  söyləyib.


ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?