www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Dünya » İraqda növbəti terror: 7 ölü, 11 yaralı

İraqda növbəti terror: 7 ölü, 11 yaralı

İraqın Ənbar vilayətinin Ər-Rəmadi şəhərində növbəti terror aksiyası baş verib.

“Al-Sumaria” telekanalının məlumatına görə, avtomobildə quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində 7 nəfər ölüb, 11 nəfər isə yaralanıb.
Hadisə yerli özünümüdafiə dəstələri başçılarının İraq hərbçiləri ilə görüşünün keçirildiyi ərazidə qeydə alınıb.
Partlayıcının quraşdırıldığı pikap öncədən hüquq-mühafizə orqanları tərəfindən aşkar olunub. Lakin mütəxəssislər qurğunu zərərsizləşdirməyə çalışarkən partlayış baş verib.
Terror aktının İŞİD tərəfindən törədildiyi bildirilir.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?