www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Dünya » Ermənistanın yeni XİN başçısı haqqında qalmaqallı məlumatlar yayılıb

Ermənistanın yeni XİN başçısı haqqında qalmaqallı məlumatlar yayılıb

Ermənistanın yeni Xarici İşlər naziri Ara Ayvazyan barəsində qalmaqallı məlumatlar yayılıb. 

XeberBiz.com xəbər verir ki, Argentinada ispan dilində çıxan “Laseptima” jurnalının 2008-ci ilin yanvar sayında “Diplomatik qaçaqmal” başlıqlı yazı o vaxtkı səfir Ara Ayvazyanın avtomobil alveri ilə məşğul olması barədədir. 
Bildirilib ki, Nigeriya, Pakistan, Çili, Mərakeş, Boliviya və Belarusdan olan 13-ə yaxın diplomatla birlikdə Ara Ayvazyan bahalı avtomobillərin alverini edib. 
Onlar vergidən yayınmaq üçün avtomobilləri qaçaqmalçılıq yolu ilə gətirərək, özəlləşdiriblər. Bu cinayəti törədən zaman Ara Ayvazyan və diplomatlar toxunulmazlıq və diplomatik pasportdan istifadə ediblər. 
Ayvazyan 1996-cı ildə Ermənistan Xarici İşlər Nazirliyində işə qanunsuz yolla təyin olunub. Başqa bir qalmaqallı məlumat isə onun sürücüsü ilə bağlıdır. Argentinada səfir işləyən vaxt sürücü səfirliyin seyfindən pul oğurlayıb. Ancaq Ayvazyanın qohumu olduğu üçün sürücü cəzalandırılmayıb. Məlumata görə, Ara Ayvazyan Qarabağla bağlı danışıqlardan xəbərsizdir. 
Qeyd edək ki, Ara Ayvazyan 1969-cu il martın 30-da İrəvanda anadan olub. 2020-ci il noyabrın 18-də Ermənistan Prezidenti Armen Sarkisyanın sərəncamı ilə Xarici İşlər naziri təyin olunub.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?