www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Hadisə » Xaçmazda avtomobil elektrik dirəyinə çırpılıb, enerjinin verilişində fasilə yaranıb – FOTO

Xaçmazda avtomobil elektrik dirəyinə çırpılıb, enerjinin verilişində fasilə yaranıb – FOTO

Xaçmazda yol qəzası olub.
hadisə şəhərin 20 Yanvar küçəsində baş verib. Mirəliyev Elxan Nəcməddin oğlunun idarə etdiyi «Volkswagen Passat» markalı avtomobil idarəetmədən çıxaraq, yüksək gərginlikli elektrik dirəyinə çırpılıb. Zərbənin gücündən elektrik dirəyi aşaraq, qaz və rabitə xətlərini də sıradan çıxarıb.
Qəza zamanı sürücü xəsarətlər alıb.
Qəza səbəbindən ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.
Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?