www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Hava » Həftənin ilk iş gününə olan hava prognozu açıqlandı

Həftənin ilk iş gününə olan hava prognozu açıqlandı

Azərbaycanda sabaha olan hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, fevralın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gecə 0-3 dərəcə isti, gündüz
7-9 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80 faiz, gündüz 50-55 faiz  olacaq. 
Fevralın 22-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 0-4 dərəcə şaxta, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-17 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?