www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Hava » Bakıda güclü külək nə vaxt səngiyəcək? - AÇIQLAMA

Bakıda güclü külək nə vaxt səngiyəcək? - AÇIQLAMA

Bu gün müşahidə edilən küləkli hava şəraiti Bakı üçün səciyyəvidir.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bu gün paytaxtda müşahidə olunan küləkli hava şəraitini şərh edərkən bildirib.
O qeyd edib ki, Qara dənizdən Cənubi Qafqaza doğru uzanan antisiklon küləyin güclənməsinə səbəb olub. Hazırda Bakıda və Abşeron yarımadasında şimal küləyinin 20-27 m/s-dək güclənməsi müşahidə edilir. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,5 metrdir. 
“Avtomat monitorinq stansiyalardan əldə olunan məlumata görə, küləkli hava şəraiti nəticəsində havada tozun miqdarı normadan 1,8 dəfə artıqdır. Gün ərzində küləkli hava şəraiti davam etsə də, axşam və gecəyə doğru külək səngiyəcək, bu da havada olan tozun azalmasına səbəb olacaq”.
Xidmət rəsmisinin sözlərinə görə, yaxın üç gün ərzində Bakıda və Abşeron yarımadasında 8-13 m/s, arabir 15-18 m/s şimal istiqamətli küləyin üstünlüyü gözlənilir.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?