www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Hava » Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz  15-18, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.  
Noyabrın 9-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10,  gündüz 15-18, dağlarda gecə 0-4, gündüz  6-10 dərəcə isti olacaq.   
Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üşün əsasən əlverişlidir.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?