www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Hərbi » Şəhid Elməddin Vəkilov dəfn olunub - YENİLƏNİB

Şəhid Elməddin Vəkilov dəfn olunub - YENİLƏNİB

Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan Elməddin Vəkilov dəfn olunub.

XeberBiz.com-un məlumatına görə, dəfndə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Mərhum Daşkəsən şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

12:21
Vətən müharibəsi zamanı itkin düşən və bir neçə aydan sonra şəhid olduğu müəyyənləşən Elməddin Vəkilovun nəşi ailəsinə təhvil verilib.
“Report”un məlumatına görə, şəhidin cənazəsi Daşkəsəndə ailəsinin yaşadığı evə gətirilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları ilə yanaşı, rayon rəsmiləri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edirlər.
Şəhid Daşkəsən şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, 1988-ci il təvəlüdlü Elməddin Nizam oğlu Vəkilov ailəli olub. O, Vətən müharibəsi zamanı xüsusi şücaətlər göstərərək tək başına 10-dan çox düşməni məhv edib.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?