www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Hərbi » Şəhidimiz dəfn edildi - YENİLƏNİB

Şəhidimiz dəfn edildi - YENİLƏNİB

Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Elvin Mustafayev torpağa tapşırılıb.

XeberBiz.com xəbər verir ki, şəhidimiz Gəncə şəhər Şəhidlər xiyabanında dəfn edilib.


10:06
Vətən müharibəsində şəhid olan və nəşi ailəsinə təhvil verilən hərbçi Elvin Fəxrəddin oğlu Mustafayevlə vida mərasimi keçirilir.

XeberBiz.com-un məlumatına görə, 1992-ci il təvəllüdlü şəhid hərbçinin nəşi doğulduğu Gəncə şəhərinə gətirilib.
Səkkiz aydır itkin hesab edilən şəhidin vida mərasimində hərbçilər, şəhidin yaxınları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edir.
O, ötən ilin sentyabr ayının 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?