"Qarabağ"dan növbəti vacib xal itkisi, "Səbail"dən qələbə
Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib.XeberBiz.com xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
Əvvəlcə "Səbail" doğma meydanda "Sabah"ı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. Günün digər görüşündə isə son illərin dəyişməz çempionu "Qarabağ" "Sumqayıt"ın qonağı olub. Ötən tur "Neftçi"yə 1:2 hesabı ilə uduzaraq liderliyi itirən Ağdam təmsilçisi bu dəfə də "Sumqayıt"la oyunda vacib xal itirib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, tura fevralın 20-də "Keşlə" - "Zirə" və "Neftçi" - "Qəbələ" matçları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, 16-cı tur
19 fevral
18:00. "Sumqayıt" - "Qarabağ" - 0:0
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamal Umudlu
Sumqayıt, "Kapital Bank Arena".
16:00. "Səbail" - "Sabah" - 2:0
Qollar: Amil Yunanov, 16 (1:0), 77
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Tural Qurbanov
Bakı, "ASCO Arena".
20 fevral
16:00. "Keşlə" - "Zirə"
18:00. "Neftçi" - "Qəbələ"
ŞƏRHLƏR