“Formula-1” üçün media akkreditasiyası başlandı
Bu gündən etibarən Bakıda keçiriləcək “Formula-1” yarışı üçün media akkreditasiyası başlayıb. XeberBiz.com-un xəbərinə görə, media nümayəndələri üçün akkreditasiya prosesi 20 martadək davam edəcək.
Qeydiyyat onlayn formada Bakı Şəhər Halqasının rəsmi internet səhifəsi vasitəsilə keçiriləcək.
Qeyd edək ki, bu il 4-6 iyun tarixlərində Bakıda “Formula-1” yarışının keçirilməsi nəzərdə tutulub.
ŞƏRHLƏR