www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » İdman » “Qarabağ” darmadağınla birgünlük əldən verdiyi liderliyi geri aldı

“Qarabağ” darmadağınla birgünlük əldən verdiyi liderliyi geri aldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.

Turun son oyununda “Qarabağ” “Səbail”in qonağı olub.
Masazırda “Bank Respublika Arena”da baş tutmuş qarşılaşmada Ağdam klubu 4:0 hesablı darmadağına sevinib.
Görüşdə bütün qollar ilk hissədə və cəmi 17 dəqiqə ərzində vurulub. Hesabı 28-ci dəqiqədə Abdullah Zubir açıb. 4 dəqiqə sonra Mahir Emreli qüvvətli zərbə ilə fərqi artırıb. 41-ci dəqiqədə Xayme Romero 3-cü topu meydan sahiblərinin qapısından keçirib. İlk yarının əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə isə Maksim Medvedev penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra xallarını 54-ə çatdıran “Qarabağ” yenidən ötən gün müvəqqəti tərk etdiyi liderliyə yüksəlib. “Sabah” isə 25 xalla 5-ci pillədə qalıb.
Qeyd edək ki, günün ilk oyununda “Zirə” evdə “Qəbələ” ilə qolsuz heç-heçəyə razılaşıb. Ötən gün keçirilən matçlarda “Sumqayıt” səfərdə “Keşlə”ni 1:0, “Neftçi” isə “Səbail”i 4:0 hesabı ilə məğlub edib.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?