www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » İdman » AVRO-2020: Son dünya ikincisi 1/8 finalda - YENİLƏNİB

AVRO-2020: Son dünya ikincisi 1/8 finalda - YENİLƏNİB

Xorvatiya millisi AVRO-2020-nin meydan sahiblərindən olan Şotlandiyaya 3:1 qalib gələrək qrup ikincisi kimi 1/8 finala vəsiqə qazandı. İngiltərə isə bu turadək lider olan Çexiyanı minimal hesabla – 1:0 məğlub etməklə yeddi xalla qrup lideri oldu. Çexiya isə Xorvatiya ilə eyni xala – dörd xala malik olsa da, top fərqinə görə qrup üçüncüsü kimi 1/8 finalda yarışacaq. Şotlandiya isə bir xalla çempionatı tərk etdi. 

00:39
Xorvatiya millisi 77-ci dəqiqədə üçüncü qol vurdu. İvan Perişiç künc zərbəsindən ötürülən topa başı ilə toxunaraq fərqləndi. Bu, “İnter”in futbolçusunun ardıcıl ikinci qoludur.
Yeri gəlmişkən, matçlar belə bitsə, Xorvatiya qrup ikincisi kimi 1/8 finala vəsiqə qazanmış olacaq. Eyni xala malik Çexiya isə üçüncü yeri tutacaq.

00:23
Xorvatiya 62-ci dəqiqədə yenidən hesabda önə keçdi. Komandanın kapitanı, 2018-ci ilin dünya üzrə ən yaxşı futbolçusu Luka Modriç mükəmməl qola imza atdı. Xorvatiya meydan sahibi Şotlandiyaya 2:1 qalib gəlir.

23:43
Şotlandiya hesabı bərabərləşdirdi. Kolum MakQreqor 42-ci dəqiqədə qol vurdu – 1:1. Bu, şotlandların AVRO-2020-də ilk qoludur. Ancaq matç bu hesabla başa çatarsa, Xorvatiya da, Şotlandiya da turnirlə vidalaşacaq.

23:19
Son dünya çempionatının finalçısı Xorvatiya da hesabı açdı. Nikola Vlaşiç 17-ci dəqiqədə hesabı açdı. Xorvatiya 1:0 qalib gəlir.

23:15
İngiltərə millisi 12-ci dəqiqədə hesabı açdı. Bu matçda AVRO-2020-də debüt edən Cek Qrilişin ötürməsindən sonra Rahim Sterlinq başla fərqləndi. Bu, “Mançester Siti”nin futbolçusunun turnirdə ikinci qoludur.

23:01
Bu gün D qrupunda iki oyun keçirilir. Londonda başlayan Çexiya – İngiltərə görüşündə hər iki komanda 1/8 finala artıq vəsiqə qazansa da, qrup liderliyini müəyyənləşdirmək baxımından bu matç əhəmiyyət kəsb edir.
Qlazqo şəhərində keçirilən Xorvatiya ilə Şotlandiyanın görüşü isə qrupdan növbəti mərhələyə çıxacaq üçüncü komandanın bilinməsi baxımından vacibdir. 
Çexiya (4-2-3-1): Vatslik, Soufal, Çelustka, Kalas, Borjil, Holeş, Souçek, Masopust, Darida (kapitan), Yankto, Şik
İngiltərə (4-2-3-1): Pikford, Şou, Maquayr, Stounz, Volker, Rays, Filips, Sterlinq, Qriliş, Saka, Keyn (kapitan)
 
Xorvatiya (4-2-3-1): Livakoviç, Yuranoviç, Lovren, Vida, Qvardiol, Kovaçiç, Brozoviç, Perişiç, Modriç (kapitan), Vlaşiç, Petkoviç
Şotlandiya (5-1-2-2): Robertson (kapitan), Tirni, Hanli, MakTominey, ODonel, MakCin, MakQreqor, Armstronq, Adams, Dayks
Səbuhi Musayev
10:44
Azərbaycanın da ev sahiblərindən biri olduğu futbol üzrə Avropa çempionatı davam edir. 
Oxu.Az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.
D qrupu çərçivəsində baş tutacaq qarşılaşmada Xorvatiya və Şotlandiya yığmaları üz-üzə gələcək.
Həmin qrupun ikinci matçında isə Çexiya və İngiltərə milliləri münasibətlərinə aydınlıq gətirəcək.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?