www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » İdman » AVRO-2020: İtaliya Avstriyaya çətinliklə qalib gəlib 1/4 finala çıxdı - VİDEO + YENİLƏNİB

AVRO-2020: İtaliya Avstriyaya çətinliklə qalib gəlib 1/4 finala çıxdı - VİDEO + YENİLƏNİB

Görüş başa çatdı. İtaliya millisi çətinliklə də olsa Avstriya yığmasına 2:1 hesabı ilə qalib gəldi.

Bütün qollar əlavə 30 dəqiqə ərzində vuruldu. Beləliklə, İtaliya millisinin 1/4 finaldakı rəqibinin adına sabah keçiriləcək Belçika – Portuqaliya matçından sonra aydınlıq gələcək.

01:28
Avstriya millisi künc zərbəsindən sonra hesab arasındakı fərqi azaltdı. Meydana sonradan daxil olmuş “Ştutqart”ın serb əsilli hücumçusu Saşa Kalayciç 114-cü dəqiqədə baş zərbəsi ilə qol vurdu. Bu, İtaliya millisinin AVRO-2020-də qapısından buraxdığı ilk qoldur. Avstriyaya penaltilərə getmək üçün daha bir qol lazımdır.

01:17
İtaliya millisi əlavə vaxtın ilk 15 dəqiqəlik hissəsində daha bir qol vurdu. Daha bir meydana sonradan daxil olmuş İtaliya millisinin futbolçusu Matteo Pessina 105-ci dəqiqədə fərqi ikiyə çatdırdı. İtaliya Avstriyaya 2:0 qalib gəlir.

01:05
İtaliya millisi əlavə 30 dəqiqəlik vaxtda qol vurdu. 95-ci dəqiqədə ikinci hissədə meydana daxil olmuş Federiko Kyeza topu yaxşı qəbul edib, gözəl qola imza atdı. İtaliya Avstriyaya 1:0 qalib gəlir.

00:54
İtaliya – Avstriya görüşündə 90 dəqiqə ərzində qapılara qol vurulmadı. Bu, AVRO-2020-nin üçüncü belə matçıdır. Ancaq bu matçda qalibi müəyyənləşdirmək lazımdır. Bu səbəbdən də komandalar əlavə 30 dəqiqə oynamalı olacaq. Bu 30 dəqiqə ərzində də qapılara qol vurulmasa, penalti seriyasına müraciət ediləcək.
00:04
Görüşün ilk hissəsi İtaliyanın üstünlüyü ilə keçsə də, qapılara qol vurulmadı. Hazırda ikinci gedir və qolsuzluq davam edir.
23:01
Matç başladı.
22:31
Bu gün Bakı vaxtı ilə saat 23:00-da AVRO-2020-nin ikinci 1/8 final görüşü keçiriləcək.

Böyük Britaniyanın paytaxtı Londonun “Uembli” stadionunda turnirin favoritlərindən sayılan, dördqat dünya və Avropa çempionları İtaliya millisi Avstriya ilə qarşılaşacaq.
Komandalar oyuna aşağıdakı taktiki düzülüş və start heyətlə çıxacaq:
İtaliya (4-3-3): Donnarumma, Spinatsola, Açerbi, Bonuççi (kapitan), Di Lorentso, Verratti, Jorjinyo, Barella, İnsinye, İmmobile, Berardi
Avstriya (4-2-3-1): Baxmann, Alaba (kapitan), Hintereqer, Draqoviç, Layner, Qriliç, Ks. Şlaqer, Baumqartner, Zabitser, Laymer, Arnautoviç
Qeyd edək ki, bu gün 1/8 final mərhələsinin ilk görüşündə 1992-ci ilin Avropa çempionları Danimarka Uelsi 4:0 hesabı ilə darmadağın edərək Bakıda 1/4 final matçına vəsiqə qazanıb.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?