www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » İdman » Millətlər Liqası: Türkiyə Rusiyanı məğlub etdi

Millətlər Liqası: Türkiyə Rusiyanı məğlub etdi

Türkiyə və Rusiya yığmaları UEFA Avropa Liqasında V turun ikinci oyun günündə qarşılaşıblar.

İstanbulun “Şükrü Saracoğlu” stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.
Hesabı 11-ci dəqiqədə Rusiya millisi açıb. 24-cü dəqiqədə qonaq komanda Andrey Semyonovun qırmızı vərəqə almasına görə azlıqda qalıb.
26-cı dəqiqədə Kenan Karaman, 32-ci dəqiqədə Cengiz Ünder fərqlənib. 52-ci dəqiqədə isə Cenk Tosun penaltini dəqiq yerinə yetirib.
57-ci dəqiqədə Daler Kuzyayev fərqi azalda bilib. Lakin bu, oyunda vurulan son qol olub.
Bununla da Rusiya səkkiz xalla birinci, Türkiyə altı xalla üçüncü pillədədir.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?