www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » İqtisadiyyat » Deputat Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinə təşəkkür edib - FOTOLAR

Deputat Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinə təşəkkür edib - FOTOLAR

Milli Məclisin deputatı Anar Məmmədov peşə bayramı günündə Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinə təşəkkür edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə deputat facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, “digər rayonlarımızda olduğu kimi Goranboy rayonunda da suvarma suyu ilə bağlı müəyyən problemlər var idi. Biz də bir millət vəkili kimi öz səlahiyyətlərimiz çərçivəsində daima seçicilərimizi narahat edən məsələlərin tez bir zamanda həll olunması üçün əlimizdən gələni etməyə çalışırıq. Məlum olduğu kimi, digər rayonlarımızda olduğu kimi Goranboy rayonunda da suvarma suyu ilə bağlı müəyyən problemlər var idi. İstər sosial şəbəkə üzərindən, istərsə də səyyar qəbullarımız zamanı bizə müraciət edən kənd sakinləri mövcud vəziyyətlə bağlı narahatlıqlarını bildiriblər.
Kənd sakinlərinin müraciətini nəzərə alaraq, biz də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə müraciət edib, lazımı köməkliyin göstərilməsini xahiş etdik. Müraciətimiz əsasında Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti rayonun bir çox kəndlərinə – Quşçular, Azad, Faxralı, Düzqışlaq, Sarov, Baxçakürd, Bəşirli, Qazaxlar, Göynüyən, Hazırəhmədli, Veyisli, Şıxlar, Xəsədərli, Nadirkənd, Qazançı, Gülməmmədli, Qırıxlı kəndləriə yeni su nasoslarının yerləşdirilməsində köməklik göstərdi.
Həmçinin, yeni subartezian quyularının qazılması və batmış quyuların bərpası, eyni zamanda çaylardan gələn suyun əhalinin istifadəsinə verilməsi üçün paylayıcı kanallar və suyığıcı kollektorların quraşdırılması, ən əsası isə yanmış su matorlarının yenisi ilə əvəzlənməsinə köməklik göstərməklə torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinə və mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına imkan yaranır. Çevik reaksiyaya və sakinlərin müraciətini cavabsız qoymadığına görə öz adımdan və həmin kəndlərdə yaşayan seçicilərim adından Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə və kollektivinə təşəkkürümü bildirirəm və əminəm ki, gələcəkdə də vətəndaşların müraciətləri diqqət mərkəzində saxlanılacaq”.




ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?