www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » İqtisadiyyat » Ötən il gömrükdən büdcəyə daxil olan vəsaitin həcmi açıqlandı

Ötən il gömrükdən büdcəyə daxil olan vəsaitin həcmi açıqlandı

2020-ci ildə gömrük xətti ilə büdcəyə daxilolmaların həcmi açıqlanıb.

XeberBiz.com-un Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, 2020-ci il ərzində gömrük xətti ilə büdcəyə 3 milyard 938,2 milyon manat vəsait daxil olub.
Belə ki, bu məbləğ 2019-cu illə müqayisədə 470,4 milyon manat və ya 10,7 faiz azdır.
2020-ci il ərzində büdcə daxilolmaları üzrə ən aşağı göstərici avqust ayında qeydə alınıb, müvafiq dövr ərzində büdcəyə 285 milyon 263,5 min manat vəsait cəlb olunub. Ötən il büdcə daxilolmaları üzrə ən yüksək göstərici isə aprel ayında qeydə alınıb, ay ərzində büdcəyə 356,9 milyon manat daxil olub.
Qeyd edək ki, 2019-cu ildə gömrük xətti ilə büdcəyə 4 milyard 408,6 milyon manat cəlb edilib.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?