www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Köşə » Damı, dam üstə qalmayan Ağdamım, biz sənə gəlirik - Etibar Toğrul yazır

Damı, dam üstə qalmayan Ağdamım, biz sənə gəlirik - Etibar Toğrul yazır

"Mən bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm. Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir."
İlham Əliyev.


Əziz Ağdam, sən artıq azadsan... Sən artıq bizimsən... Sən artıq ruhlar şəhəri deyilsən... Sən yenidən Qarabağın toy otağısan... Biz bundan sonraki həyatımızı sənin qoynunda yaşamaqla davam edəcəyik... Və təbii ki, bütün bunlara görə müzəffər Silahlı Qüvvələrimizə, şəhidlərimizin və qazilərimizin tökülən qanlarına, müzəffər Ali Baş Komandanımıza minnətdar olmaqla bir ömür sürəcəyik. Ağdamda və işğaldan azad olmuş digər torpaqlarda udacarımız havaya, içəcəyimiz saf sulara görə məhs şəhidlərimizin müqəddəs ruhlarına borcluyuq.

Dünənə kimi uzaqda görünən şəhər, artıq bir addımlığımızdadır. 27 ildə dəfələrlə yandırılan, tüstüsü ərşə çəkilən şəhər... 27 ildir ayrı düşdüyümüz şəhər... 27 il sahibsiz qəribsəyən, bütün dünyada təklənən şəhər... Bir zamanlar əzəməti, vuqarı dünyaya bəlli olan və buna görə də dünyanın gözü götürmədiyi şəhər... Bu şəhər düz beş il ədalətsiz dünya ilə döyüşdü. Nəhayət, qeyri bərabər gedən bu döyüşdə ifliz vəziyyətə salındı. Bununla da ürəkləri soymadı. Taladılar, yandırdılar bu şəhəri. Səmasın da qaratdılar ağ şəhərimizin... Artıq bitdi işğal. Şəhərimizin yenidən gözəlləşməsi, ağ damlarla bəzədilməsi, yenidən iqtisadi patensalı yüksək olan şəhərə çevrilməsi üçün üzü olan ağdamlılar üzlərini Ağdama tutacaq və hərə əlini daşın altına qoyacaq. Biz birlikdə güclüyük və birlikdə Ağdamı yenidən lider rayon edəcəyik. 

Ağdam boyda dərdi ürəklərində qubar edən və bu dərdlə yaşaya bilməyib, Ağdamsızlığa dözməyib dünyasın dəyişən Şahmar Əkbərzadə, Famil Mehdi, Surxay Əlibəyli kimi yazarların ruhları indi bayram edir. Ağdam uğrunda son damla qanlarına kimi döyüşən Allahverdi Bağırovun, Şirin Mirzəyevin, Canpolad Rzayevin, Ərşad Nadirovun, Yelmar Ebilovun və digər minlərlə şəhidimizin, Ağdamdan kənarda dünyasın dəyişmiş Qarabağ qazilərinin ruhları indi Ağdamın səmasında şaddır. 

27 ildir qəbrə qoyulduqda gözlərinə tökülmək üçün bir ovuc Ağdam torpağının həsrəti ilə yaşayan ahıl insanlarımız öz arzularına qovuşdular.

27 ildə vaqonlarda, çadırlarda, palçıq evlərdə, fin evlərində, daş evlərdə, məktəb, baxşa, xəstəxana, sanatoriya, idarə binalarında, qohum evlərində, kirayələrdə yaşamış ağdamlıların nahəyət Ağdamlı sabahları açıldı. 27 idə 5-6 dəfə köç edən insanlar sonuncu dəfə öz əcdadlarının yaşadığı Ağdama köç edəcək. 

9975 gecə Ağdamın həsrəti ilə yuxuya keçən insanların xəyalları gerçək, yuxuları çin oldu.
Ağdam şəhərində tarixi məscidimiz, möhtəşəm mədəniyyət evimiz, dram teatırımız, mədəniyyət və istirahət parkımız, zavodlarımız, fakriklərimiz, yaraşıqlı küçələrimiz, məktəblərimiz, xəstəxanalarımız, evlərimiz, bazarımız, "Ağdam mall" adlı unvermağımız bərpa olunacaq. 

27 ildə qarsaq bağlamayan Ağdam yaramız nəhayət sağalacaq!

9975 gündə bir an olsun belə Ağdamı unutmayan ağdamlılar, gözləriniz aydın, Ağdama dönən yollarınız isə açıq olsun.

Bu sevici bizlərə nəsib edən müzəffər Ordumuzu və onun Ali Baş Komandanını Tanrı qorusun!

Qarabağ Azərbaycandı! 

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?