www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Maliyyə » Azərbaycanda ödəniş kartları ilə aparılan əməliyyatların dəyəri açıqlanıb

Azərbaycanda ödəniş kartları ilə aparılan əməliyyatların dəyəri açıqlanıb

2020-ci ildə Azərbaycanda debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi 28 milyard 951 milyon manat təşkil edib.

XeberBiz.com-un Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, ötən ilin göstəriciləri ilə müqayisədə əməliyyatların həcmi 24,6 faiz artıb.
2020-ci ildə debet və kredit kartlar vasitəsilə 226 milyon 455 min əməliyyat aparılıb. Əməliyyatların ümumi həcmi 2019-cu ilin yekun göstəriciləri ilə müqayisədə 39,5 faiz artıb.  
Ötən il ölkədə kredit kartları üzrə 31 milyon 730 min əməliyyat aparılıb. Əməliyyatların sayı 2019-cu illə müqayisədə 68,4 faiz artıb. Əməliyyatların həcmi isə 1 milyard 852 milyon manat təşkil edib ki, bu, əvvəlki illə müqayisədə 15,7 faiz çoxdur.
İstifadə edilən ödəniş kartlarının ümumi sayı 9 milyon 230 min olub. Dövriyyədə olan ödəniş kartlarından 8 milyon 137 mini debet kartlarının, 1 milyon 93 mini isə kredit kartlarının payına düşüb.
Debet kartlarının böyük qismini - 42,3 faizini sosial kartlar, 30,7 faizini əməkhaqqı kartları, 26,9 faizini isə digər kartlar təşkil edib.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?