www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Maliyyə » “AzərTürk Bank” səmərəli fəaliyyətini davam etdirir

“AzərTürk Bank” səmərəli fəaliyyətini davam etdirir

Dövlət bankı “AzərTürk Bank” haqqında bəzi saytlarda həqiqətə uyğun olmayan, tamamilə əsassız neqativ informasiya tirajlanaraq verilib. Əlbəttə ki, belə arzuolunmaz cəhdlər bankın səmərəli fəaliyyətinə kölgə sala bilməz.

Məlumdur ki, ötən il dünya miqyasında başlayan təbəddülatlar ölkəmizdən də yan keçməmiş, bununla əlaqədar olaraq, əhalinin sosial rifahının qorunması və iqtisadi inkişafın davamlığının təmin edilməsi məqsədi ilə respublikada mühüm işlər görülüb və davam etdirilir.
Bu barədə “AzərTürk Bank”dan açıqlama verilib.
Açıqlamada deyilir:
“Fərəhlə qeyd edə bilərik ki, “AzərTürk Bank”ın kollektivi hər zaman olduğu kimi ötən il ərzində də əzmlə çalışıb və çox da rəvan olmayan 2020-ci ili bir çox sahələr üzrə uğurla başa vurub, banka mənfəət qazandırıb.
1 yanvar 2021-ci il tarixinə bankın məcmu kapitalının adekvatlığı 31%, leverec əmsalı 13% təşkil edib ki, bu da müəyyən edilmiş normalardan üç dəfəyə qədər yüksəkdir.
Həmin tarixə bankın likvidlik mövqeyi stabil və güclüdür. Əsas likvidlik əmsalları - ani likvidlik 89% (norma 30%-dir), cari likvidlik 119% (norma 50%-dir), Bazel komitəsinin LCR əmsalı (Likvidliyin örtülmə əmsalı) – 256% (bazel standartı 100%-dir) təşkil edib.
Bütün bunlara görə, 2020-ci ildə Bankın müştərilərinin sayı 45% artaraq, 95 915 nəfər olub.
“AzərTürk Bank” müştərilərə təklif olunan bank xidmətlərinin keyfiyyətini daha da yüksəltmək məqsədi ilə özünün xidmət şəbəkəsinin müasir dövrün tələblərinə tam uyğunlaşdırılması istiqamətində 2020-ci ildə də fəal iş aparıb.
Buna misal olaraq bankın ötən il müştərilərin istifadəsinə verdiyi “Rəqəmsal” adlı yeni filialını göstərə bilərik. Bu filial “AzərTürk Bank”ın qurduğu biznes ekosistemində özünəməxsus yeri olan və Bankın yeni innovativ xidmət şəbəkəsində, həmçinin ölkə bank sistemində bir ilkdir.
Bankın “Mərkəz” və “Bakı” filialları “AzərTürk Bank”ın yeni konsepsiyasına uyğun qurulub, müasir bankçılığın standartlarına tam cavab verən məkanlarda tezliklə fəaliyyətlərini davam etdirəcəklər. Burada bütün xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunacaqdır.
Görülən tədbirlər sırasında növbəti addım iki yeni xidmət strukturunun - şəhərin mərkəz hissəsində və metronun “20 yanvar” stansiyası yaxınlığında yeni, modern filialların istifadəyə verilməsi olacaqdır. Üstün xidmət səviyyəsi təqdim olunacaq bu filiallarda müştərilərə geniş bank xidmətləri göstəriləcəkdir.
“AzərTürk Bank” ASC-nin səhmlərinin 75 faizi dövlətə məxsusdur və bank dövlət əhəmiyyətli layihələrin ərsəyə gəlməsində fəal iştirak edir”.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?