www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Maliyyə » Təhsil Nazirliyi 10 saylı ƏMHM-nin rəisi Zahid Təhməzovun qanunsuz əməllərinin şok nəticələri - İKİNCİ YAZI

Təhsil Nazirliyi 10 saylı ƏMHM-nin rəisi Zahid Təhməzovun qanunsuz əməllərinin şok nəticələri - İKİNCİ YAZI

Maliyyə maxenasiyası ustası olan   Zahid Təhməzov başqa hansı əməllər sahibidir?

Dünən oxuculara təqdim etdiyimiz yazıda Tərtərdə yerləşən və Ağcabədi, Laçın, Füzuli, Ağdam, Xocavənd və Tərtər,  rayon Təhsil Şöbələrinin maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirən Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə (ƏMHM) bir il öncə təyin olunan rəisi  Zahid Təhməzovun qanunsuz əməllərindən və maliyyə firildaqlarından söz açmışdıq. Onun bir il ərzində etdiyi maliyyə pozğunluğunu, maxenasiyaları beş il bu vəzifədə çalışan şəxs edə bilməz. Bu da Zahid Təhməzovun maliyyə maxenasiyası peşəsində olduqca tərcübəyə malik olmasının nəticəsidir. O bu peşəyə Tərtər rayon Maliyyə İdarəsinin rəisi olduğu illərdə mənimsəyib. Hətta deyərdik ki, dövlət vəsaitinin mənimsəməsi və maliyyə maxenasiyası dərslərindən hər zaman 5 qiymət alıb.

TehsilXeber.com-a daxil olmuş və dünənki yazımızda qeyd etdiyimiz kimi, koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədi ilə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirildi. Bu işləri həyata keçirmək məqsədi ilə dövlət büdcəsindən ƏMHM-lərinə külli miqdarda vəsaitlər ayrıldı. Həmçinin Zahid Təhməzovun rəis olduğu   10 saylı ƏMHM-nə də 95 min manat məbləğində vəsait ayrıldı. Bu vəsait hesabına bu il ərzində  10 saylı ƏMHM-nə daxil olan Ağcabədi, Laçın, Füzuli, Ağdam, Xocavənd və Tərtər, rayonlarında fəaliyyət göstərən təhsil müəssisələrinin idman zalları, inzibati, sinf  otaqları, sanitar qovşaqlar, yeməkxana və digər köməkçi qurğularında dezinfeksiya işləri həyata keçirilməli idi. Lakin bütün bu dezinfeksiya işləri yerli təhsil müəssisələrin öz daxili imkanları və rayonlar üzrə  ƏMHM-nin baş məsləhətçilərinin (baş mühasiblərin) vəsaiti hesabına həyata keçirilib. Daha doğrusu bu işlər başdansovdu və məsuliyyətsizcəsinə həyata keçirildi. Bu vacib işlərə görə dövlətin ayırdığı 95 min manat vəsaiti təyinatı üzrə xərclənmədiyi üçün, yəni dezinfeksiya işləri lazımı qaydada görülmədiyinin səbəbidir ki, 10 saylı ƏMHM-nə daxil olan 6 rayonun təhsil müəssisələrinin 300-dən artıq müəllim və şagirdində koronavirus infeksiyasına yoluxma halı baş vermişdi. 

Hər kəsə bəllidir ki, bu ilin aprel ayından cənab ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz gözə görünməyən düşmən olan koronavirusa qarşı mübarizə aparır. Amansız xəstəliyə yoluxanların sayının azalması, dezinfeksiya işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün cənab Prezident bir neçə sərəncamlar imzalamış və Nazirlər Kobineti yanında yaradılmış Operativ Qərərgah gərgin iş fəaliyyətdə şalışmışdı və bu gündə bu gərgin fəaliyyət davam edir. 10 saylı ƏMHM-nin rəisi Zahid Təhməzov isə bu məqsədlə dövlətin ayırdığı 95 min manat vəsaiti mənimsəməklə dövlətimizin bu sahədə apardığı mübarizəyə əngəl yaratmağa çalışmış və nəticədə 6 rayon üzrə 300-dən artıq müəllim və şagird bu amansız xəstəliklə baş-başa qalmışdı.

Zahid Təhməzovun qanunsuz əməlləri tək bununla bitmir. Dünənki yazımızda qeyd etdiyimiz kimi, tədris ilinin əvvəlində təhsil müəssisələrinin tarifkasiyaları üçün də 10 saylı ƏMHM-nə daxil olan 6 rayon üzrə baş məsləhətçilərinin əli ilə pul yığma konpaniyasını "uğurla" həyata keçirtdi.

Bundan başqa, 10 saylı ƏMHM-nə daxil olan 6 rayon üzrə Təsərrüfat istismarı qrupunun 5 əməkdaşı olduğu halda, hər qrup üzrə 2 əməkdaş işə çıxır. Hər qrupun 3 əməkdaşının maaş kartı (cəmi 18 işçinin maaş kartı) isə Zahid Təhməzovun dəmir seyfindədir. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları əgər onun iş otağında əməliyyat-axtarış tədbiri keçirtsələr həmin 18 işçinin maaş kartı ilə yanaşı, digər saxta sənədlər də üzə çıxa bilər.

Zahid Təhməzovun qanunsuz əməlləri barəsində redaksiyamıza daha hansı faktlar daxil olub?
- Ağcəbədi rayonu üzrə 10 saylı ƏMHM-nin baş məsləhətçisini (baş mühasibi) vəzifədən azad edən Zahid Təhməzov onun yerinə təyin etdiyi şəxsdən nə qədər rüşvət alıb?
- Zahid Təhməzov öz xidməti otağının qapısını dəyişərək, puntla işləyən qapını hansı məqsədə qoydurub?
- Zahid Təhməzov Tərtər rayon Maliyyə İdarəsinə yeni rəis təyin olunandan bir az sonra (2005-ci ildə) "Tərtər" restoranında kimlər tərəfindən və hansı səbəbdən ayağından güllə yarası almışdı? Həmin vaxt içkili vəziyyətdə olan Zahid Təhməzov nə "quşlayıb"?
- 10 saylı ƏMHM-nin rəisinin ştat cədvəlində xanım katibəsi olmadığı halda Zahid Təhməzov iki xanım katibəni hansı əsaslarla işə qəbul edib?
- Zahid Təhməzov Tərtər Rayon Maliyyə İdarəsinin rəisi işlədiyi dönəmdə rayondakı idarə, təşkilat və müəssisə rəhbərlərini necə gözümçıxdıya salmışdı?
- Zahid Təhməzov hansı qüvvələrə və kimlərə güvənərək hegomonluq edir?
- 10 saylı ƏMHM-nin rəisi bundan sonra hansı maxenasiyalara hazırlaşır?

- Daha nələr, nələr...
Bizi izləyin!

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?