www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Maliyyə » 2021-ci ildə maliyyә sektorunun əsas inkişaf prioritetləri açıqlandı

2021-ci ildə maliyyә sektorunun əsas inkişaf prioritetləri açıqlandı

2021-ci ildә maliyyә sektoru üzrә siyasәt maliyyә sabitliyinin qorunması, pandemiyadan tәsirlәnәn iqtisadi subyektlәrә dәstәk, habelә maliyyә vasitәçiliyinin vә bazarlarının dәrinlәşdirilmәsi kimi istiqamәtlәrә yönәldilәcәk.

Bu barədə Azәrbaycan Respublikasi Mәrkәzi Bankının 2021-ci il üçün pul vә maliyyә sabitliyi siyasәtinin әsas istiqamәtlәri ilə bağlı bәyanatında məlumat verilib.
Maliyyә sabitliyinin qorunması istiqamәtindә ilk növbәdә bank nәzarәti çәrçivәsinin tәkmillәşdirilmәsi, risk әsaslı vә kontr-tsiklik prudensial tәnzimlәmәnin tәtbiqi davam etdirilәcәk.
Kredit tәşkilatlarının risklәrin idarә edilmәsi üzrә daxili potensialının yüksәldilmәsi, banklarda korporativ idarәetmә standartlarının tәtbiqi üzrә sәylәr güclәndirilәcәk. 
Әmanәtlәrin sığortalanması mexanizminin yeni çәrçivәsinә dair yeni strategiyanın 2021-ci ildә reallaşdırılması bank sektoruna etimadı qoruyacaq.
Pandemiyadan zәrәr çәkmiş iqtisadi subyektlәrә dәstәk mәqsәdilә tәtbiq olunan requlyativ güzәştlәrin zәrurәt olduqda vaxtının uzadılması vә vәziyyәtdәn asılı olaraq modifikasiyası diqqәtdә saxlanılacaq.
Maliyyә-bank sektorunun dәrinliyinin artırılması istiqamәtindә fәaliyyәt güclәndirilәcәk.
Bankların strategiyalarında biznes kreditlәşmәsinә diqqәtin artırılması 2021-ci ildә dә tәşviq olunacaq. Banklararası pul bazarının aktivlәşdirilmәsi banklar arasında resurs axınının sürәtlәndirilmәsinә vә belәliklә, biznesin maliyyә resurslarına tәlәbatının ödәnilmәsinә xidmәt edәcәk.
Regionlarda maliyyәyә çıxışın yaxşılaşdırılması xüsusi diqqәtdә saxlanılacaq. İşğaldan azad edilmiş rayonlarda bank-maliyyә infrastrukturunun yaradılması qayıdış planlarının mühüm tәrkib hissәsi olacaq.
İpoteka kreditlәşmәsinin bazar mexanizmlәri vasitәsilә genişlәndirilmәsi ölkәdә әmlak-tikinti sektorunun inkişafında mühüm rol oynayacaq. Bu istiqamәtdә yığım-tikinti bankının yaradılması mәsәlәsinә baxılacaq.
Maliyyә inklüzivliyinin genişlәnmәsi mәqsәdilә maliyyә xidmәtlәrinin rәqәmsallaşdırılması vә “fintex”lәrdәn istifadә tәşviq edilәcәk. Növbәti ildә dә nağdsız ödәniş infrastrukturundan istifadә imkanlarının genişlәndirilmәsi vә banklar tәrәfindәn innovativ ödәniş alәtlәrinin tәtbiqi diqqәtdә saxlanılacaq.
Sığorta sektorunda effektiv tәnzimlәmә vә nәzarәtin güclәndirilmәsi, sığortanın әhatәsinin genişlәndirilmәsi ilә maliyyә bazarlarının digәr seqmentlәrinin inkişafına әlavә impulslar verilmәsi vacib prioritetlәrdәn olacaq.
Sektorun maliyyә sabitliyinin, başqa sözlә onun yüksәk ödәmә qabiliyyәtliyinin daim tәmin olunması üçün risk әsaslı tәnzimlәmә vә nәzarәt çәrçivәsinin qurulması diqqәtdә saxlanılacaq.
Kapital bazarının inkişafına dair tәdbirlәr müvafiq strategiya çәrçivәsindә hüquqi bazanın tәkmillәşdirilmәsi, müasir bazar infrastrukturunun formalaşdırılması, bazarda iştirakın stimullaşdırılması vә nәzarәt çәrçivәsinin beynәlxalq standartlara uyğunlaşdırılması hәyata keçirilәcәk. 
Kapital bazarında әmәliyyat mühitinin tәkmillәşdirilmәsi üzrә müasir standartlara cavab verәn mәrkәzlәşdirilmiş ticarәt sisteminin qurulması, eyni zamanda, qiymәtli kağızların qeydiyyatı prosesinin elektronlaşdırılması üzrә görülәcәk işlәr emitentlәrin vә investorların bazara çıxış imkanının әhәmiyyәtli dәrәcәdә genişlәndirilmәsini tәmin edәcәk.
Maliyyә sektorunun modernizasiyası üzrә nәzәrdә tutulan iri miqyaslı tәdbirlәrin hәyata keçirilmәsi beynәlxalq әmәkdaşlıqla hazırlanmış xüsusi proqramlarla tәmin edilәcәk.
“McKinsey” ilә birgә hazırlanan proqram çәrçivәsindә maliyyә inklüzivliyinin dәrin diaqnostikası aparılacaq, müvafiq strategiya vә konkret fәaliyyәt planı hazırlanacaq.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?