www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Mədəniyyət » Ana dilim ölən deyil – Günün Şeiri - VİDEO

Ana dilim ölən deyil – Günün Şeiri - VİDEO

XeberBiz.com 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibəti ilə şair Vaqif Kəhrizlinin “Ana dilim ölən deyil” şeirini təqdim edir.

Aylar ötür, il dəyişir,
Geden geri dönən deyil.
Laçın könlüm pərvaz edir,
Səmasından enən deyil.
Bir dağam ki, göydə başım,
Çox qədimdir mənim yaşım.
Alovlansa bircə daşım,
Milyon illər sönən deyil.
Azərbaycan - mənim elim,
Azərbaycan - mənim dilim
Doğransa da dilim dilim
Başqa dilə çönən deyil
Həm Arazam, həm də Kürəm,
Axıb Xəzərə tökülləm.
Dilim ölsə, mən də ölləm
Ana dilim ölən deyil

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?