www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Mədəniyyət » Bu gün Respublikanın əməkdar artisti Nazir Rüstəmovun 65 illik yubileyidir

Bu gün Respublikanın əməkdar artisti Nazir Rüstəmovun 65 illik yubileyidir

Respublikanın Əməkdar artisti, bir sox fimlərdə baş rolların ifaçısı, Şuşa Dövlət Dram Teatrının aktyor və rejisoru Nazir Rüstəmovun bu gün 65 yaşı tamam olur.

Nazir Mürsəl oğlu Rüstəmov 12 aprel 1956-cı ildə Ağcabədidə anadan olub. İncəsənət İnstitutunun dram-kino rejissorluğu fakültəsində (1976-1980), Moskvada rejissorluq kurslarında təhsil alıb (1990-1991). 1982-1994-cü illərdə Ağdam Dövlət Dram Teatrında aktyor, rejissor, daha sonra isə direktor və bədii rəhbər vəzifəsində işləmişdir. Müxtəlif illərdə Sumqayıt Dövlət Musiqili Dram TeatrındaFüzuli Dövlət Dram TeatrındaAzərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Azərbaycan Dövlət Dərbənd Dram Teatrında və Ukraynanın Donetsk Dövlət Dram Teatrında aktyor və rejissor olaraq fəaliyyət göstərmişdir.
2003-cü ildən Şuşa Dövlət Musiqili Dram Teatrında ikinci dərəcəli quruluşçu rejissor vəzifəsində çalışır. İşlədiyi müddətdə Sarı Zakir («Şuşa dağlarını duman bürüyüb», Elçin), Həmzə bəy («Dağılan tifaq», Əbdürrəhim bəy Haqverdiyev), Fətəli şah («Güllələnmiş heykəllərin fəryadı», Hüseynbala Mirələmov), Həsənzadə («Sən həmişə mənimləsən», İlyas Əfəndiyev), Yan («Anlaşılmazlıq», A.Kamyu). kimi xarakterik və yaddaqalan rollar da ifa etmişdir. Quruluş verdiyi tamaşalar: «Kamança» Cəlil Məmmədquluzadə, «Güllələnmiş heykəllərin fəryadı» Hüseynbala Mirələmov, «Sən həmişə mənimləsən», İlyas Əfəndiyev, «Təklif» Anton Çexov, «Durna» Səid Rüstəmov və Süleyman Rüstəm, «Meymunun dəfni» Nurəddin Qənbər, «Anlaşılmazlıq», A.Kamyu.
2005-ci ildə hazırladığı və Vasili Vasilyeviç Svetlovidov rolununda çıxış etdiyi Anton Pavloviç Çexovun «Qu quşunun nəğməsi» tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi «Boş məkanın dolğunluğu» teatr festivalında «Bədii əsərin ən yaxşı səhnə təcəssümü» nominasiyasında diplomla təltif edilmişdir.
120-dən çox tamaşada rol almış Nazir Rüstəmov həmçinin şair kimi fəaliyyət göstərir və şeirlər yazır. "Aramızda bulud var" adlı şerlər kitabının müəllifidir. 
9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdü.
Rol aldığı filimlər:
1. Həm ziyarət, həm ticarət... (film, 1995)
2. Ah, ədalət! (film, 1997)
3. Bəsdir, ağlama! (film, 1999)
4. Çinarlı şəhərin generalları. Birinci film (film, 1999)
5. Günaydın, mələyim! (film, 2008
6. Seçilən (film, 2008)
7. Cavad xan (film, 2009
8. Qaydasız döyüş (film, 2009)
9. Qardaşımdan yaxşısı yox idi (film, 2010)
10. Heydər Əliyev (film)
11. Sarıköynəklə Valehin nağılı (film, 1980)
12. Ondan yaxşı qardaş yox idi (film, 2011)
13. Döngələr (teleserial, 2012)
14. Toy gecəsi (serial, 2013)
15. Həyat sən nə qəribəsən (teleserial, 2013)
16. Zamanla yaşayan sənətkar. Cahangir Zeynalov (film, 2016)
17. Səni ürəyim sevdi (teleserial)

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?