www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Mədəniyyət » Azərbaycanlı aktyor koronavirusdan vəfat etdi - FOTO

Azərbaycanlı aktyor koronavirusdan vəfat etdi - FOTO

Gənc Tamaşaçılar Teatrının aktyoru Ələsgər Qurbanəliyev vəfat edib. 

XeberBiz.com-un məlumatına görə, bu barədə aktyorun yaxınları sosial şəbəkələrdə məlumat yayıb.
Ə.Qurbanəliyev bu gün səhər saatlarında yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.
Qeyd edək ki, aktyor 1948-ci ildə Qobu qəsəbəsində doğulub. 23 iyun 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib.
Əvvəllər Sumqayıt Dövlət Dram teatrında aktyor işləyib. 10 aprel 1979-cu ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. 
2013-cü ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif olunub.


ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?