www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Müsahibə » Gulşən Piriyeva: " Azərbaycan təhsil sahəsində keçdiyi yolu təhlil etdikdə görürəm ki, surətlə inkişaf gedir"

Gulşən Piriyeva: " Azərbaycan təhsil sahəsində keçdiyi yolu təhlil etdikdə görürəm ki, surətlə inkişaf gedir"

XeberBiz.com saytı ilə Tehsil Forumu - 2020 Facebook qrupu ilə birgə 2019-2020 tədris ilinin yekunlarına həsr olunmuş musabiqəsi çərçivəsində Quba rayon Xaltan kənd T.Şahbazov adına tam orta məktəbin biologiya müəllimi və təlim- tərbiyə işlər üzrə direktor müavini Gulşən Piriyevanın müsahibəsi.
 
 
- İlk əvvəl XeberBiz.com saytının və Təhsil Forumu-2020 qrupunun rəhbərliyi adından Sizi salamlayır və müsabiqəmizdə iştirak etdiyiniz üçün təşəkkürümüzü bildiririk. Xahiş edirik, ilk öncə özünüz haqda oxucularımıza məlumat verərdiz.
- Piriyeva Gulşən 1997 ci ildə ADPU biologiya fəkultəsini bitirmişəm. Hal-hazırda Quba rayon Xaltan kənd T.Şahbazov adına tam orta məktəbin biologiya müəllimi və təlim- tərbiyə işlər üzrə direktor müavini vəzifəsində çalışıram. 
 
Çalışdığınız təhsil müəssisəsinin tarixi barədə nə söyləyə bilərsiz? 
- Çalışdığım təhsil müəssisəsi Quba rayon mərkəzindən 70 km aralı, dəniz səviyyəsindən 1020 m hundürlükdə yerləşən Xaltan kəndindədir. Sovet dönəmində inşa olunmuş məktəb sonradan yarasız hala düşür. 2008 ci il H.Əliyev fondunun təşəbbüsü ilə yeni məktəb inşa edilərək Xaltan kənd sakinlərinin istifadəsinə verilir. Məktəb tədris şəraitinə uyğun tikilib, 9 sinif otağı, 2 laboratoriya otağı, 1 kitabxana,1 akt zali, direktor və muəllimlər otağı vardır. 
 
- Azərbaycan təhsilinin hazırki vəziyyətini necə dəyərləndirərdiz?
- Azərbaycan təhsil sahəsində keçdiyi yolu təhlil etdikdə görürəm ki, surətlə inkişaf gedir. Və bunu ulu öndərimiz H.Əliyevin adı ilə bağlayıram. Çünki, hakimiyyətdə oldüğü dovrlərdə təhsilimizdə nailiyyətlər çox olub, əsas da, ölkədən kənarda kadr hazırlıgı başlandı. Eyni qayğını İ.Əliyev göstərir, bir neçə sərəncam, fərmanlar imzalayıb. Bu sərəncam və fərmanlar əsasında məktəblərdə komputerləşmə prosesi surətlənib. 20 məktəb "Elektron məktəb" pilot layihəsinə qoşulub. Bundan əlavə Milli Təhsil Portalının yaradılması təhsil sistemininin informasiyalaşdırılması, ümumi təhsil məktəblərinə komputerlərin verilməsi şagirdlərimizin savadlı, bilikli, ağılli intellektual formada böyüməsi üçün edilən xidmətlərdir. 
 
Aparılan təhsil islahatlarından razısızmi? Əgər razı deyilsizsə əlavə nələr təklif edərdiz?
Bəli çox razıyam. Cünki, keçirilən islahatlar təhsildə infrastrukturun yenilənməsi, maddi- texniki bazanın möhkəmləndirilməsi, ümumitəhsil məktəblərin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi və o cümlədən Azərbaycan Respublikasında "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının " qəbulundan sonra ölkəmizdə təhsil sahəsində yüksək dinamika müşahidə olunub. 
 
- Şagirdlərin repetiror yanına getməsi hallarına necə baxırsız?
Mənfi. Hal-hazırda repetitorlara daha çox üstünlük verilir. Valideynlər çalışır ki, övladları məktəbdən çox belə mıəllimlərin yanına getsinlər. Repetitorluqla məşğul olan müəllimlərin əksəriyyəti orta məktəbin müəllimləridir. Və bele müəllimlərin məktəblərdə dərs demək marağı sıfıra enir, üstünluk fərdi məşgələlərə verilir. Bu da orta məktəblərdə təlim keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Şagirdlərin məktəbə marağı azalır, onların məktəb mühitindən təcrid olunmasına şərait yaradır. Onu da qeyd edim ki, fərdi məşğələlərə gedən şagirdlərimiz məktəbin yetişdirdiyi fəallardır. 
 
- Məktəbinizdə çalışan müəllimlərin bilik səviyyəsi sizi tam qane edirmi?
Bəli, çox. Əksər müəllimlərimiz DQ yuksək bal toplayan və MİQ yuksək balla gələnlərdir. Çalışqan, məsuliyyətli, onu da qeyd edim ki, müəllimlərimiz repetitorluqla məşgul olmurlar, sirf olaraq təhsil məktəbdə əlavə isə dərsdənkənar məşğələlərlə, fakultətiv dərslərlə verilir. 
 
- Məktəbinizdə şagirdlər arasında aparılan vətənpərvərlik təbliğatı necə gedir və bu yönümdə hansı tədbirlər həyata keçirilir?
- Hər il məktəbimizdə UBR, tarix müəllimi eləcə də rahbərliyin təşəbbüsü ilə qan yaddaşımızla bağlı tədbirlər keçirilir, tədbirdə tarixi hadisələr faktlatla, ədəbi kompozisiyalarla, səhnəcik və şeirlər vasitəsiylə şagidlərə çatdırılır. Keçirilən tedbirlər məktəbin facebok səhifəsinə yerləşdirilir. 
 
- Bu il məktəbiniz neçə məzunu oldu və bunlardan hansıların alı məktəblərə qəbul imtahanlarından uğur əldə edəcəyinə inanırsız?
Kənd sakinləri az oldügü üçün məktəbin şagird kontingenti azdır, ümumən 88 şagirdimiz var.Bu ilin məzunlarının sayı 9 nəfərdir. Pandemiya ilə əlaqədar vəziyyət elə gətirdi ki, şagidlər məktəb- təhsildən kənarda qaldılar. Umud edəcəyimiz 2 şagird var. Allah uğurlu etsin. 
 
- Bütün dünyanın bəlasına çevrilən Koronavirus infeksiyası səbəbindən məktəblərdə 3 ay virtual dərs proqramı həyata keçirildi. Sizn məktəbdə bu layihə necə həyata keçirildi?
- Virtual dərs proqramı layihəsinə bizim məktəb də qoşulub. Lakin ucqar kənd oldüğuna görə, çox imkanlardan təcriddirlər. Buna baxmayaraq az ailələr var ki, bu imkandan yararlanır amma bu tam bizi qane etmir. Bacardığımız qədər imkanı olan ailənin uşaqlarına müəyyən biliklər verməyə çalışmışıq.
 
- Müəllimlərin onlayin dərslərinə nəzarət edə bilirdizmi?
Deyilən çətinliklərimiz olsa da , nəzarət olunurdu.
 
- Sizcə Azərbaycanda onlayin dərs proqramına keçsə nə qazanar və nə itirər?
- Şəhər məktəblərinə nisbətən ucqar kəndlərdə onlayn dərslərin keçirilməsi çətindir ona görə də nə qazanacaq barədə söyləmək imkansız. İtirəcək barədə onu deyə bilərəm ki, şagirdlər təhsildən geri qalacaq və onları lazımı bilik səviyyəsinə gətirmək biz müəllimlər üçün çox çətin olacaq. 
 
Son illər valideyinlər tərəfindən qızların təhsildən yayındırılması və erkən ailə qurmalarına məcbur edilmə halları çoxalıb. Sizin məktəbin qız şagirdləri arasında belə hal olubmu? 
- Bəli, var deyərdim ki, çoxdur. Kənd düşüncəsi şəhər düşüncəsindən fərqlidir. Çox az valideynlər var ki, qızlarının təhsil almasına önəm verir. Bütün bu çətinliklətə baxmayaraq apardığımız səylər nəticəsində biz müəllimlər qızlarımızın tam təhsil almasına nail oluruq. 
 
Bu xoşagəlməz halların qarşısın alınması üçün nə təklif edərdiz?
Mütəmadi olaraq valideynlərlə qızlarının gələcəkdə tam təhsil almaqları üçün maarifləndirmə işləri aparmaq.
 
Hər hansı bir gəncin cəmiyyətdə özünə düzgün yer tutması üçün müəllimin vəzifəsini necə izah edərdiz?
- Şagidlərin (gələcək gənclərimizin) düzgün formalaşmasında müəllim demokratik şərait yaratmalıdır. Təlim-tərbiyə şagird üçün cansıxıcı olmamalıdır. Münasibətlər səmimiyyətə və qarşılıqlı etimada əsaslanmalıdır. Psixoloji yaş, əqli keyfiyyətlər nəzərə alınmalıdır. Bununla şagird öz ləyaqətini dərk edir, özünü cəmiyyətə, xalqına laiqli vətəndaş olduğuna inanır. 
 
Pis vərdişlərə qurşanıb və nəticədə dəmir barmaqlıqlar arasına düşən bir gəncin bu halına ən çox müəllim gunahkardı, yoxsa valideyin? 
İnsan fərd kimi dünyaya gəlib şəxsiyyət kimi formalaşır. Şəxsiyyətin düzgun formalaşmasında tək müəllim və valideyn deyil cəmiyyətində rolu böyükdür. 
 
Müəllim sözünün mənasını qısa olaraq necə izah edərdiz? 
- Müəllim - yüksək əqidə və məslək sahibidir.
 
Keçmişdə şagirdlər müəllimlərini özlərinə ideal insan seçirdilər. İndi isə, belə şagirdlərə çox az halda rast gəlmək olur. Sizcə, bu məsələdə gunah cəmiyyətdədi, yoxsa müəllimlərdə?
- Cəmiyyət deyərdim çünki, müəllimi şərəfli və hörmət sahibi edən məhz cəmiyyətdir. 
 
- Tam səmimi cavab verin... Müəllim peşəsini seçdiyiniz üçün peşiman deyilsizki?
Əsla, peşəmlə qürur duyuram.
 
- Peşə fəaliyyətinizdə boş vaxtlarınız olduqda nə ilə məşğul olmağı sevirsiz?
- Dünyagörüşümü genişləndirmək üçün əlavə bilgilər alıram. 
 
- Ən çox hansı xəbərləri aldıqda sevinc hisləri keçirirsiz?
Xl ci sinif şagirdlərindən ali təhsil ocaqlarına qəbul olduqda daha çox sevinirəm. 
 
Mütailəni sevirsizmi? Əgər sevirsizcə sonuncu hansı kitabı oxumusuz?
- Sevirəm amma son zamanlar vaxt edə bilmirəm. Sonuncu dəfə oxuduğum L.Tolstoyun "Anna Karenina" romanıdır.
 
 
Sevdiyiniz yazıçı və şair?
Şair B.Vahabzadə. yazıçı A.Duma, Şekspir.
 
 İdealınız varmı? Varsa kimdi?
- İdealım ANAM olub, gözəl müəllim və əsl pedaqoq, mənim müəllim kimi formalaşmağımda ANAMIN rolu çox böyükdür. 
 
- XeberBiz.com saytını və Tehsil Forumu 2020 qrupunu izləyirsizmi? Əgər izləyirsizsə təklif və arzularınız?
- Bəli izləyirəm. Təklifə ehtiyac duymuram, cünki, bu qrupun hesabina mən bir çox bilgiləri əldə etmişən, minnətdaram.  
Müsahibə üçün çox sağ olun. Sizə bu müsabiqədə uğurlarlar arzu edirik. İnanırıqki, müsabiqənin qalibi olaraq "Azərbaycan Bayrağı" Ali Media mukafatını Siz qazanacaqsız.
- Təşəkkür edirəm!
 
Sualları hazırladı: Etibar Toğrul,
Təqdim etdi: Emil Tağızadə

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?