www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Müsahibə » Qarabağ qazisi itirdiyi gözünə görə peşman deyil

Qarabağ qazisi itirdiyi gözünə görə peşman deyil

"Sadəcə peşman olduqlarımız bu idi ki, kaş daha çox xidmət edib, daha çox düşmənə zərbələr vurardıq."

Bu sözləri XeberBiz.com saytına müsahibəsində Qarabağ qazısi, ictimai fəal Kamil Müsavi bildirib.

- Kamil bəy, xahiş edirik özünüzü saytımızın izləyicilərinə təqdim edin.
- Mən ehtiyatda olan baş leytenant Kamil Müsavi, 6 iyul 1990-cı il, Qazax şəhərində anadan olmuşam. 1997-ci ildə birinci sinifə gedib, 2008-ci ildə bitirmişəm. 2008-2012-ci illərdə Heydər Əliyev adına ali hərbi məktəbda təhsil almışam və 2012-ci ildə bitirib leytenant hərbi rütbəsi almışam. 2012-ci ildən 2013-cü ilə qədər təlim tədris mərkəzində ixtisas təkmilləşdirmə kursu keçmişəm.2013-cü ildə isə Tərtər rayon N saylı hərbi hissəyə göndərilmişəm.

- Vətən uğrunda döyüşərkən bir ayağınızı və gözünüzü itiribsiz, bu hadisə necə baş verib?Nə vaxt baş verib? Bu haqda danışa bilərsizmi?
- Mən oktyabrın 12-si əməliyyata gedərkən, bilirsiz ki, qrup kəşfiyyat komandiri olmuşam, düşmən tərəfindən əməliyyat yerinə yetirərkən neytral ərazidə naməlum minanın partlaması nəticəsində ayağımı və gözümü itirmişəm. Bu 12 oktyabr 2015-ci ildə baş verib.

- Bildiyimə görə ailəlisiz , oğlunuzu bu peşəyə yönləndirərsizmi? 
- Bəli, mən ailəliyəm. 2 oğlum var. Bu sualı həmişə verirlər, məndə hər zaman bir cavab verirəm ki, hansı sahə olur olsun onu gərək insan özü istəsin, heç kimi məcbur o sahəyə yönləndirmək olmaz və bir insanı sən istəmədiyi sahəyə yönləndirsən, o insan istəməyərəkdən o sahəyə gedərsə , orda heç bir zaman nəticə əldə edə bilməz, heç bir zaman uğurda əldə edə bilməz və heç bir zaman normal xidmətdə apara bilməz, əksinə həmin getdiyi sahəyə yük olmuş olar. Ona görə hərbir insana tövsiyyə edərdim ki, övldlarını valideynlər məcbur etməsin ki, bu sahəyə get, qoy özləri seçsin, siz onlara dəstək olun.

- Nələrəsə görə peşmansızmı? Gərək bunu edərdim və ya gərək bunu etməzdim deyə düşünürsüzmü?
- Mən itirdiklərimə görə heç vaxt peşman olmamışam. Amma... Sadəcə peşman olduqlarımız bu idi ki, kaş daha çox xidmət edib, daha çox düşmənə zərbələr vurardıq. Bizim peşmançılığımız bundan ibarət ola bilər. Amma Allahın qədəri var, qisməti var, ona görə düşündüyümüz hərbir hadisəyə şükür edirik.

- Neçə il xidmət edibsiz? Və hansı bölgələrdə?
- Mən ümumilikdə 8 ilə yaxın xidmət eləmişəm. Siz bilirsiz ki, bizim ali hərbi məktəbi oxumağımızda xidmət illərimizdən sayılır. Mən 4 il ali hərbi məktəb oxuyub, 1il ixtisas təkmilləşdirmə kursu keçib və digər qalan illərimidə Tərtərdə davam etdirmişəm. 3ilə yaxın Tərtərdə xidmət eləmişəm.

- Əvvəllər güləşlədə məşğul olduğunuz haqda məlumat var, bu doğrudurmu? 
- Bəli, mən sərbəst güləşlə məşğul olmuşam.1-ci sinifdən demək olar sərbəst güləşə getmişəm, ondan sonra hərbçi olmaq qərarına gəlib güləşdən ayrılmışam. Amma belə deyək də, ümumi yığma komandadan ayrılmışam, hərbi akademiyada güləşimə yenə davam etdirirdim və orda silahlı qüvvələrin yarışlarına çıxırdım.

- Vətən sizin üçün kimdir? Nədir? Haradır?
- Vətən mənim üçün anadır. Bunu biz uşaqlıqdan belə qəbul etmişik. Nəyə görə anadır? Çünki hər ikisinin qorunmağa ehtiyacı var. Hər ikisini qorumaq bizim borcumuzdur. Düzdü, insanlar deyir ki, vətən mənim üçün sərhəddi bəlli olan , yaxud ərazisi göstərilən yerdir. Vətən mənimçün anadır, vətən mənim üçün şərəfdir, vətən mənimçün namusdur. Ona görə bunu qorumaq bizim hər birimizin borcudur.

- Yaralandığınız anı necə təsəvvür edirsiz? 
- Mən 2015-ci il oktyabr ayında əməliyyata gedəndə qaranlıq idi,yaralandığım anda belə ki, mən qarşıda olan yaddaşımızın yanına keçmək istəyəndə minalı sahədə artıq minaya düşdük, ordan düzdü süründüm çıxdım və səngərimizə çıxana yaxın məni yoldaşlarımızdan biri varıydı, Məcidov Rəfael o məni sürüdü saldı səngərə . Yəni belə ... Yaralandığım gün qısa desəm yaşamaq üçün mübarizə apardım və şükür Allaha yaşayıram.

- Elşən Yusifovu tanıyırsız? Müsahibələrin birində gördüm nəsə sizdən narazıydı...
- Vallah mən tanıyıram, bir yerdə yaralanmışıq.Amma çox açıqlama vermək istəmirəm. Çünki belə deyim də, bir döyüşçüyə yaraşmaz ki, döyüşçü yoldaşı haqqında hər hansısa bir fikirləri demək. Qaldıki narazılığa , məndən yox kimlər ona nə eləməlidirsə getsin onlardan narazı olsun. Kamil sosial müdafiə nazirliyi deyilki, kiməsə hər hansı diqqət göstərsin, Kamil nəblim hər hansi bir dövlət qurumu deyil ki, kiminsə ehtiyaclarını ödəsin. Məncə aidiyyatı, yəni bu işlərlə kim məşğul olmalıdırsa həmin məşğul olacaq şəxslərdən incimək daha məqsədəuyğun olardı.

- Tədbirlərə gedirsizmi?
- Bəli, tədbirlərə gedirəm, vətənpərvərliyin təbliğatıynan məşğulam, inşallah bundan sonrada bu prosesləri davam etdirəcəm.

- Hal hazırda bir işlə məşğulsuzmu?
- Bəli, hal hazırda işlə məşğulam, işimin ən böyüyü gənclərə vətənpərvərliyin təbliğatıdır. Ondan sonra gənc nəsillə birlikdə olmaq, cəmiyyətdə yayılan bəzi mənfi dezinformasiyalara tez-tez yerindən aydınlıqlar gətirmək , ən böyük işimiz budur, amma ümumi olaraq bəli, bəzi işlərlə məşğulam.

- İnstagramda 100 mindən çox insan izləyir sizi, fenomen olmaq necə bir hissdir?
- Bizi izləyən hərbir insana təşəkkür edirəm, sağolsunlar, bizləridə diqqətdən kənarda qoymurlar, vallah mən belə şeylərlə öyünən deyiləm ki, ay belədi, ay eledi. Normal insan kimi yenədə həyatıma davam edirəm. Yəni bütün izləyən insanlara təşəkkür edirəm, yenə həmişəki Kamiləm , nə cür görünürəmsə o cürəm .

- Hərbçi olmaq niyyətində olan gənclərimizə nə demək istəyirsiz burdan ?
- Əslində hərbçi olmaq istəyən gənclərimizə daim nizam intizamlı , dözümlü və eyni zamanda idmanla məşğul olmağı tövsiyyə edərdim, çünki hər bir gənc vətənpərvər olmaqla yanaşı eyni zamanda güclü olmalıdı, savadlı olmalıdı və yaxşı təhsil almalıdı. Nəyə görə güclü olmağı şərtdir? Çünki döyüş meydanında hərbir komandir insana bir neçə saat ərzində hər hansı bir döyüş tapşırığını öyrədə bilər. Amma komandir ona bir neçə saat ərzində güc verə bilməz, çünki güc illərlə yığılan birşeydi. Ona görə mən bütün hərbçi olmaq istəyən insanlara güclü olmağı tövsiyyə edərdim, çünki döyüş şəratində yaşayan bir ölkəyik, insanlarıq. Hər an döyüş başlaya bilər . Döyüş başlayarkəndə orda bizə təhkim olunmuş silah-sursat və digər əşyalarla birlikdə ola bilər, gunlərlə, ola bilər kilometrlərlə yol getdik.

- Təşəkkür edirəm, bütün suallarımıza cavab verdiyiniz üçün. Allah bütün hərbçilərimizi qorusun.
- Amin!

- Əlavə nəsə sözünüz varsa deyə bilərsiniz.
- Tutduğunuz yolda uğurlar arzulayıram.

- Çox sağolun.

Müsahibəni götürdü:
Aynurə Şixalıyevə

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?