www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Qarabağ » Xankəndi Bakıya tabe olmağa başlayır: ermənilər geri çəkildi

Xankəndi Bakıya tabe olmağa başlayır: ermənilər geri çəkildi

Dağlıq Qarababağda 2022-ci ilin mart ayına qədər yerli özünüidarə strukturlarına heç bir "seçki" keçirilməyəcək.Xankəndidəki terrorçu xuntanın rəhbərliyinin yaydığı bəyanatlara görə, "hərbi vəziyyətin qüvvədə olmasını nəzərə alaraq yerli özünüidarə strukturlarına, yəni bələdiyyələrə seçkilərin iki il müddətinə təxirə salınmasına" qərar verilib.

Bununla bağlı fərmanı Xankəndidəki xuntanın lideri Araik Harutyunyan imzalayıb.
Qarabağda hazırda Rusiyanın sülhməramlı missiyasının nəzarətində olan ərazilərdə mövcud olan yerli özünüidarə strukturlarının səlahiyyətləri yeni seçkilərdən sonra heyəti müəyyənləşəcək bələdiyyə qurumlarının ilk iclasına qədər uzadılır. İcma rəhbəri və ya ağsaqqallar şurasının üzvünün səlahiyyətlərinin vaxtından əvvəl başa çatması, ya da çatdırılması halında onun yerinə səlahiyyətləri müvəqqəti icra edən şəxs təyin ediləcək.
Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərliyinin bu qərarı Ermənistanda və xarici ölkələrdəki erməni diaspor təşkilatlarında şok effekti yaradıb.
Daha doğrusu, erməni diasporunun funksionerləri və struktur rəhbərlərinin reaksiyalarını bir ifadə ilə səciyyələndirmək olar: "İnana bilmirik, Xankəndi Bakıya tabe olmağa başlayır".
Bu sözlər ABŞ-dakı erməni icmasının tanımış üzvlərindən biri Artaşes Poqosyana məxsusdur.
"Araik Harutyunyanın davranışından, onsuz da, şübhələnirdik. Onun İkinci Qarabağ Müharibəsindəki bəyanatları, açıqlamaları və ən başlıcası, göstərişləri həddən ziyadə qarışıqdı. İndisə yerli özünüidarə orqanlarına seçkilər iki il müddətinə təxirə salındı. Buna inanan bilmirəm. Sanki qarabağlı ermənilərin taleyi Bakıya tapşırılır. Deyəsən, Ermənistan rəhbərliyi ilə Bakı arasında yeni, ictimaiyyətə açıqlanmayan razılaşma var. Araik Harutyanyan da bu razılaşmaya əsasən davranır. Əks təqdirdə belə inanılmaz, yaramaz, qorxaq qərar verilməzdi", - A.Poqosyan deyib.
Ermənistanın Konstitusiya Məhkəməsi Aparatının sabiq rəhbəri Edqar Kazaryansa hesab edir ki, 2-ci Qarabağ Müharibəsi məhz Rusiyanın təkidlə prosesə müdaxilə etməsindən sonra başa çatıb.
"Rusiya Azərbaycanla gərgin danışıqlar aparıb müharibənin dayanmasına nail olmasaydı və noyabrın 9-dan 10-a keçən gecə üçtərəfli bəyanat imzalanmasaydı, noyabrın 10-da Araik Harutyunyanı vertolyotla Bakıya aparacaqdılar. Bakıda isə onu telekameralar qarşısında oturdub qarabağlı ermənilərə müraciətə vadar edəcəkdilər. Müharibədə Azərbaycanın məqsədi Qarabağ üzərində total və tam nəzarəti əldə etməkdi. Belə olan təqdirdə Qarabağda rusiyalı sülhməramlılar olmayacaqdılar. Amma onlar olmalıydılar: Rusiyanın çoxdankı istəyi belə idi. İndi Qarabağ bizim deyil. Qarabağ artıq ermənilərin deyil. Rusiyalılar, sadəcə, öz geosiyasi məqsədlərini təmin etmək üçün kiçik hissəni indi nəzarətlərində saxlayırlar", - E.Kazaryan söyləyib.
Erməni mediası və ekspertlər onu da vurğulayırlar ki, Dağlıq Qarabağda seçkilərin iki il müddətinə təxirə salınması ilə bağlı qərar Xankəndidə Araik Harutyunyanın Azərbaycanın rəsmi nümayəndəsi ilə görüşündən sonra verilib.
Həmin görüşdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sədri Armen Abazyan və Rusiyanın Qarabağdakı sülhməramlı kontigentinin komandanı, general-leytenant Rüstəm Muradov da iştirak edirdi.
Görüşün təfərrüatları, müzakirə edilən məsələlər barədə geniş açıqlama verilməyib, sadəcə, belə bəyanat yayılıb: "Görüş zamanı itkin düşənlərin axtarışı, əsirlərin qaytarılması və humanitar xarakterli digər məsələlər müzakirə olunub. Söhbət 1990-cı illərdəki hərbi əməliyyatlardan sonra taleyi naməlum olan insanlardan gedir".
Xatırladaq ki, bu bəyanat yayılandan az sonra sosial şəbəkələrin Azərbaycan seqmentində qeyzli və qəzəbli açıqlamalar, statuslar sıralandı ki, bəs Azərbaycanın rəsmi şəxsləri niyə rəsmi Bakının hərbi cinayətkar elan etdiyi və axtarışa verdiyi Araik Harutyunyanla görüşüblər.
A.Harutyunyanın siyasi perspektivlərinə gəldikdə isə, Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərliyi dəyişəcək. Hərbi cinayətlərdə əli olmayan neytral adamların xuntanın rəhbərliyində təmsil olunacaqları şübhə doğurmur, çünki qarabağlı ermənilər "status" ilğımının artıq puç olduğunu anlayırlar.

Mənbə: Milli.az

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?