www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Qarabağ » “Ağıllı kənd”də istehsal edilən elektrik enerjisi xaricə satıla bilər

“Ağıllı kənd”də istehsal edilən elektrik enerjisi xaricə satıla bilər

Türkiyə şirkətinin nümayəndəsi Prezident İlham Əliyevi Zəngilan rayonunun Ağalı kəndində həyata keçiriləcək “Ağıllı kənd” pilot layihəsi çərçivəsində görüləcək işlər barədə məlumatlandırıb.

Şirkət əməkdaşı bildirib ki, yaradılacaq “Ağıllı kənd”də aparılan təhlillərə əsasən burada dünyanın təbii dostu olan bərpaedilən enerji qurğusu “Arximed” sistemi tətbiq edilə bilər:
“Bununla yanaşı, karbon dioksid emissiyası sertifikatına malik olan “Arximed” qurğusu “Ağıllı kənd”in bütün daxili elektrik enerjisi ehtiyacını ödəyəcək və artıq qalan enerjini xaricə satmaq mümkün olacaq. Bununla bərabər, sistemdən çıxan isti suyu kənddəki evlərə və otelə ötürəcəyik. Bu qurğu çox sürətlidir, yüksək məhsuldarlıqla işləyir. Heç bir səs-küy yaratmır, suyu oksigenləşdirir ki, bu da balıqlar və yaşıllıqlar üçün çox faydalıdır. Bu sistem günəş enerjisi və digər alternativ enerjilərə nisbətən artıq, yəni 24 saat işlədiyi üçün daha çox enerjini daha az güclə əldə etməyə imkan verir.
Bu layihə, sadəcə, enerji istehsal etmək məqsədi daşımır, eyni zamanda, turizm infrastrukturu üçün şərait yaradır. Sizin dəstəyinizlə, bütün ehtiyaclarını öz daxili imkanları hesabına ödəyə bilən bir “Ağıllı kənd” layihəsi yaratmağı planlaşdırırıq”.
Prezident İlham Əliyev qeyd ki, birinci layihədə Türkiyə şirkəti iştirak etdiyinə görə, şaddır. 

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?