www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Qarabağ » Baş prokurordan Qarabağda vuruşmuş erməni terrorçularla bağlı AÇIQLAMA

Baş prokurordan Qarabağda vuruşmuş erməni terrorçularla bağlı AÇIQLAMA

“Qarabağda vuruşmuş erməni terrorçularının hər biri ilə bağlı konkret cinayət işi var”.

XeberBiz.com-un məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, bununla bağlı istintaq işləri davam etdirilir:
“Onlara qarşı konkret cinayət işi ilə bağlı ittiham irəli sürülüb. Bunlardan biri - Livan vətəndaşı ilə bağlı cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib.
Onun barəsindəki cinayət işinə hərtərəfli, obyektiv və beynəlxalq konvensiyalara uyğun baxılması təmin ediləcək. Digər terrorçularla bağlı cinayət işi yekunlaşmaq üzrədir. Bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?