www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Qarabağ » Prezidentimizlə, Ordumuzla, xalqımızla qürur duyuruq!

Prezidentimizlə, Ordumuzla, xalqımızla qürur duyuruq!

Nə gözəl günlər yaşayırıq! Dünən və bu gün Şuşamızda Xarıbülbül musiqi festivalının keçirilməsi sözün həqiqi  mənasında ölkəmizdə musiqi bayramı olaraq yaddaşlarımıza həkk olundu. 

   Bu sevincli və qürurlu günləri də görmək var imiş Azərbaycan xalqının qismətində! Çox qürur duydum! Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində- Cıdır Düzündə keçirilən Xarıbülbül Musiqi Festivalını sevinc dolu göz yaşları ilə seyr etdik. Vətənimin hər guşəsi, Qarabağımız, Şuşa şəhəri, Cıdır Düzü, Azərbaycan xalqının mədəniyyəti, adəti və ənənəsi çox gözəldir. Sevə- sevə izlədik musiqi festivalını. 

   Dünənki və bu gündə davam edən festival bir daha göstərir ki, biz Şuşaya qayıtmışıq və əbədi yaşayacağıq! Festivalda səslənən Qarabağ şıkəstəsi ruhumuzu oxşadı. Musiqi festivalı bütün dünyaya səs saldı: Qarabağ Azərbaycandır! 

   Qanla yoğruldu işğal altından azad olmuş torpaqlarımızın hər qarışı. Bizə bu xoşbəxtliyi yaşadanlara, bizi qovuşduranlara bir ömür minnətdarlıq borcumuz var! Allah şəhidlərimizə rəhmət eləsin! Cənab Prezidentin qeyd etdiyi kimi, Xarıbülbül musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Şəhidlərimizin ruhu şad olsun! Qazilərimizə Allahdan şəfa diləyirəm. Prezidentimiz, Xalqımız, Ordumuz, Dövlətimizlə qürur duyuram! Var olun, Ali Baş Komandanımız! Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan!

Ruhiyyə Hüseynova,
Iqtisad üzrə fəlfəfə doktoru
Mingəçevir Dövlət Universiteti

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?