www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Qarabağ » “Yolumuz Qarabağa”: İşğaldan azad olunmuş ərazilərə turlar təşkil olunacaq

“Yolumuz Qarabağa”: İşğaldan azad olunmuş ərazilərə turlar təşkil olunacaq

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupunun 30 iyun 2021-ci il tarixdə növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, video formatda keçirilən iclasda İqtisadi Məsələlər üzrə İşçi Qrupda təmsil olunan Prezident Administrasiyası, İqtisadiyyat, Maliyyə və Energetika nazirliklərinin, Mərkəzi Bank, Dövlət Turizm Agentliyi, Qarabağ Dirçəliş Fondu, İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri iştirak ediblər.
İclasda işğaldan azad edilmiş ərazilərdə xidmət göstərən şəxslərin ilkin istehlak tələbatlarını ödəmək məqsədi ilə ərzaq, əczaçı dükanları, bankomatların və s. açılması məqsədilə iş adamlarının iyul ayı ərzində Kəlbəcər və Laçın rayonlarına səfərinin təşkili ilə bağlı məsələ müzakirə edilib, səfərin proqramı və marşurutunun hazırlanması, həmçinin təhlükəsizlik məsələlərinin təmin olunmasının vacibliyi qeyd edilib.
Əlaqələndirmə Qərargahının təsdiq etdiyi Strateji Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən görülmüş işlər barədə sözügedən nazirliyin rəsmisi hesabat verib. Hesabatda qeyd edilir ki, ötən dövr ərzində Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər, Şuşa, Xocalı və Kəlbəcər rayonları üzrə cəmi 13 307 daşınmaz əmlakın (10 483 ədəd tikili və 2 824 ədəd infrastruktur obyekti) çöl inventarlaşdırma işləri tamamlanıb. 1 525 km avtomobil yolunun, 292 km elektrik xəttinin, 45 km qaz təchizatı xəttinin, 19 km su təchizatı xəttinin, 249 km suvarma şəbəkəsinin ilkin inventarlaşdırılması başa çatdırılmışdır. Bundan əlavə 533 000 ha torpaq sahəsi ortofoto xəritələr əsasında vektorlaşdırılaraq elektron məlumat bazasına daxil edilmişdir.
Həmçinin 10 rayon üzrə 177 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşmış, 2 yaşayış məntəqəsində işlər davam etdirilərək, 409 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən edilmişdir.
İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi və müqayisəli üstünlük sahələrinin müəyyən edilməsi istiqamətində yerli və xarici ekspertlərlə əməkdaşlığa start verilmişdir. Bu istiqamətdə AMEA-nın İqtisadiyyat İnstitutu və “Boston Consulting Group” məsləhətçi şirkəti ilə birgə müvafiq işlər aparılmaqdadır.
İqtisadiyyat Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, ölkə iqtisadiyyatına inteqrasiyası, dayanıqlı və tarazlı inkişafının təmin olunması, yüksək standartlara cavab verən sosial rifaha nail olunması məqsədilə aidiyyəti dövlət qurumlarının rəyi nəzərə alınmaqla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”nın layihəsi hazırlanıb.
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu, təhlili, sahibkarların məlumatlandırılması, müvafiq tövsiyələrin verilməsi və müraciətlərin aidiyyəti olaraq yönləndirilməsi işləri İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təmin edilir. Hazırki dövrə qədər 600-dən artıq müraciət daxil olmuşdur. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.
Dövlət Tuzim Agentliyinin nümayəndəsi öz hesabatında bildirmişdir ki, turizm resurslarının qiymətləndirmə metodologiyası əsasında turizm resurslarının qiymətləndirilməsi turizm və rekreasiya zonaları, nəqliyyat dəhlizləri və tematik mövzular üzrə (turizm marşrutları üzrə) aparılır. Turizm məhsullarının inkişaf etdirilməsi istiqamətində “Yolumuz Qarabağa” turizm marşrutunun konsespiyası çərçivəsində “Yolumuz Ağdama” və “Füzuli-Xocavənd” tur proqrmalarının layihələri hazırlanıb. Bölgənin ”Milyon ürək, bir bağ” turizm destinasiya brendinin yaradılması istiqamətində işlər aparılmış, həmçinin regionun turizm potensialının 2021-ci il may və iyun ayında Dubay və İstanbul şəhərində keçirilən beynəlxalq sərgilərdə təbliğ edilib.
Təqdim olunan hesabatlar İşçi qrupunun üzvləri tərəfindən geniş müzakirə edilmiş və tövsiyyələr verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?