www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Qarabağ » Arxa cəbhənin zərif qəhrəmanı

Arxa cəbhənin zərif qəhrəmanı

"Həyat" Kilinkasından qazilərimiz üçün nümunəvi addım.

44 günlük Vətən savaşında və ondan sonra əsgərlərin xilaskarı rolunda çıxış edən həkimlərimiz az olmayıb. Onlar öz məlhəm əlləri və xeyirxah qəlbləri ilə yaralı əsgərlərimiz köməyinə çatan ilk xilaskarlar olublar.
Belə xilaskar missiyalı həkimlərimizdən biri də "Həyat" Kilinkasının reabilitasiya və fizioterapiya şöbəsinin müdiri doktor Yeganə Əliyeva tərəfindən II Qarabağ müharibəsinin qaziləri, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş qazilərimiz Famil Məlikovun və Yaşar Bağırovun müayinə və müalicəsini təmənnasız öz üzərinə götürərək həyata keçirilir. Bu müalicədən sonra hər iki qazimizin səhhəti stabilləşib.
Nəinki reabilitasiya və fizioterapiya şöbəsinin müdiri  Yeganə doktor, hətta "Həyat Kilinkasının bütün tibbi heyyəti hər zaman qazilərimizə dəstək olmuş və həmçinin "Əsgərə Xatirə Kitabı" Layihəsinin xətti ilə ora müraciət edən hər bir qazimizə və şəhid ailələrinə təmənnasız tibbi yardım göstərilmişlər.
"Əsgərə Xatirə Kitabı" Layihəsinin rəhbəri Nuranə xanım Şixəliyeva Layihə komandası adından  doktor Yeganə Əliyevanın simasında "Həyat Kilinkasının rəhbərliyinə və tibb personalına qazilərimizə qarşı nümayiş etdirdikləri insani münasibətdən dolayı, dərin təşəkkürünü bildirir. 


ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?