www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Səhiyyə » Koronavirusa qarşı inqilabi üsul kəşf edildi

Koronavirusa qarşı inqilabi üsul kəşf edildi

ABŞ-ın Şimali Karolina Universitetinin alimləri koronavirusa qarşı mübarizədə inqilabi üsul kəşf ediblər.
Bu barədə Phys.org məlumat yayıb.
Məlumata görə, alimlər SARS-CoV-2 hüceyrələrini nanohissəciklər vasitəsilə aldadaraq, onların orqanizmə nüfuz etməsini ləngidir, həmçinin koronavirusun bədəndən xaric edilməsi prosesini sürətləndirirlər.
Bu üsul əvvəlcə yarasalar, sonra isə meymunlar üzərində uğurla sınaqdan keçirilib. Nanohissəciklər heyvanların bədəninə adi nəfəs yolu ilə daxil edilib.
Tezliklə sözügedən metodun COVID xəstələrinin müalicəsində istifadə olunacağı gözlənilir.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?