www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Siyasət » Azərbaycandakı siyasi partiyalardan Baydenin açıqlaması ilə bağlı BƏYANAT

Azərbaycandakı siyasi partiyalardan Baydenin açıqlaması ilə bağlı BƏYANAT

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanat yayıb.

AZƏRTAC bəyanatı təqdim edir.
“Tarixi saxtakarlıqlar üzərində qurulmuş erməni dövlətçiliyi bütün dövrlərdə müxtəlif təxribatlara əl atıb. Onilliklər ərzində erməni təbliğat maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı “soyqırımı” törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərib. Həqiqət isə odur ki, Birinci Dünya müharibəsi zamanı çətin döyüş şəraiti, daxili münaqişələr, aclıq və xəstəliklər üzündən çoxlu sayda erməni həyatını itirib. Lakin məqsədyönlü şəkildə unudulur ki, həmin dövrdə ermənilərdən daha çox türklər həlak olub.
Əgər məqsəd tarixi faktların obyektiv araşdırılmasıdırsa, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməli və iş bu sahədə ixtisaslaşdırılmış beynəlxalq tədqiqat institutlarına, həmçinin tanınmış tarixçilərə həvalə edilməlidir. Türkiyə öz arxivlərini tarixçilərə açmağa hazır olduğunu dəfələrlə bildirib və həqiqəti üzə çıxarmaq naminə birgə komissiyanın yaradılması təklifini irəli sürüb.
Rəsmi İrəvanın məkrli siyasətinin arxasında onlara təzminat ödənilməsi və Türkiyə ərazisinin bir hissəsinin Ermənistana verilməsi kimi cəfəng tələb və iddialar durur. Erməni ədəbiyyatında Türkiyənin şərq əyalətlərinin “Qərbi Ermənistan” adlandırılması da həmin iddiaların rəsmiləşdirilməsinə xidmət edir.
Ermənistanın tarixi faktların saxtalaşdırılması və ekspansiya siyasəti yalnız qardaş Türkiyəyə qarşı deyil, uzun illər ərzində Azərbaycana qarşı da həyata keçirilib. Təkcə 1918-ci ilin mart soyqırımı zamanı 12 mindən çox türk-müsəlman öldürülüb. Onların çoxunun meyitləri tapılmayıb. XX əsrin digər faciəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət törədildi. Baş vermiş bu faciələr təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Aqressiv erməni siyasətinin bariz təcəssümü olan bu cinayətlərin uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almaması ikili standartlar siyasətinin təcəssümüdür.
Son dövrlər qondarma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarı təkcə Ermənistan və erməni lobbisi deyil, həmçinin regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir. Qondarma “erməni soyqırımı” anlayışı yalnız siyasi təzyiq alətidir və ikili standartlar siyasətinin təzahürüdür. Yaxşı olardı ki, “tarixi həqiqətlər axtarışı”nda olan qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını istəyərdilər.
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər. Ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edən bu cür yanaşmalar ayrı-ayrı regionların və ümumilikdə bəşəriyyətin dayanıqlı sülhpərvər inkişafına təhdid törədir.
1. Yeni Azərbaycan Partiyasının sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov
2. Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı
3. “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı
4. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev
5. Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa
6. Vəhdət Partiyasının sədri Tahir Kərimli
7. Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev
8. Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə
9. Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev
10. Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev
11. REAL Partiyasının sədri İlqar Məmmədov
12. Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağa-zadə
13. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev
14. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn
15. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu
16. Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev
17. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev
18. Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə
19. Ağ Partiyanın sədri Tural Abbaslı
20. “Ədalət” Partiyasının sədri İlyas İsmayılov
21. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev
22. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev
23. Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər
24. Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev
25. “Milli Vəhdət” Partiyasının sədri Yunus Oğuz
26. Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli
27. Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov
28. Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə
29. Yeni Zaman Partiyasının sədri Musa Ağayev
30. Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova
31. Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev
32. Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimov
33. “Birlik” Partiyasının sədri Xudadat Xudiyev
34. Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov
35. Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov
36. Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov
37. Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov
38. Azadlıq Partiyasının sədri Əhməd Orucov
39. Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu
40. Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərimov
41. Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan
42. “Qorqud” Partiyasının sədri Firudin Kərimov
43. Milli Demokrat İdrak Partiyasının sədri Osman Əfəndi
44. Milli Konqres Partiyasının sədri İxtiyar Şirinov
45. Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu
46. Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimov
47. Azərbaycan Kommunist Partiyası - Hacı Hacıyev, Rauf Qurbanov
48. “Azərbaycan Mübarizləri” Partiyasının sədr müavini Səadət Müslümova

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?