www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Siyasət » Ceyhun Bayramov rusiyalı həmkarı ilə telefonla danışıb

Ceyhun Bayramov rusiyalı həmkarı ilə telefonla danışıb

Aprelin 27-də xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Rusiya XİN-dən verilən məlumata görə, diplomatik orqanların rəhbərləri qarşılıqlı münasibətlərin aktual məsələlərini, o cümlədən qarşıdakı yüksək səviyyəli təmasları müzakirə ediblər.
Həmçinin, telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarına əsasən bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün üç ölkənin baş nazir müavinlərinin həmsədr olduğu Üçtərəfli İşçi Qrupunun fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?