www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Siyasət » Politoloq: “Putin və Zelenski Bakıda görüşə bilər”

Politoloq: “Putin və Zelenski Bakıda görüşə bilər”

Artıq bir neçə həftədir ki, Ukraynada ölkə Prezidenti Vladimir Zelenski ilə rusiyalı həmkarı Vladimir Putin arasında görüşün mümkünlüyü müzakirə edilir. Variantlar kimi Vatikan da daxil olmaqla müxtəlif yerlərin adları çəkilib. Ukrayna dövlət başçısı artıq Prezident Aparatının rəhbəri Andrey Yermaka Putin administrasiyası ilə əlaqə yaratmaq və prezidentlərin görüşə biləcəyi şəhər, yer və tarixi qərarlaşmaq barədə tapşırıq verdiyini bildirib.

Danışıqların mövzusu həqiqətən vacibdir. Ukrayna Xarici İşlər naziri Dmitri Kulebanın sözlərinə görə, bu, Ukraynadakı müharibənin sonu və ərazilərin işğaldan azad edilməsidir.
Ukraynalı politoloq Natalya Belous Caliber.Az-a verdiyi müsahibəsində Ukraynada belə bir görüşün çoxdan gözlənildiyini qeyd edib:
“Ölkənin şərqindəki müharibə, hərbi təxribatlar dayandırılmalıdır. Ukraynanın ərazi bütövlüyü bərpa edilməlidir. Bu həm də Şərqi Avropada təhlükəsizlik məsələsidir. Hərbi münaqişə qonşularımızın həyatına təsir edir. Və əminəm ki, dünya müharibəsinə çevrilə biləcək genişmiqyaslı münaqişə heç kimin marağında deyil”.



Müsahibin sözlərinə görə, Ukrayna ekspert icması Bakıda Ukrayna və Rusiya liderləri arasında görüş variantını nəzərdən keçirir.
“Çoxları bu səviyyədə beynəlxalq danışıqlar üçün Azərbaycanın uyğun olduğuna razıdır. Siyasi baxımdan Azərbaycan neytral ölkədir. Bakının Kiyevlə yaxşı münasibətləri var. Xatırladım ki, Azərbaycan Ukrayna üçün strateji tərəfdaşdır və Ukraynadakı Azərbaycan diasporu Prezident Vladimir Zelenskinin siyasətinə ən böyük və ən müsbət yanaşmalardan biridir. Eyni zamanda, Azərbaycan Rusiya ilə bərabər münasibətlərə malikdir”, - deyə Natalya Belous vurğulayıb.
Ekspert Azərbaycanın danışıqlar aparmaq təcrübəsinin olduğunu vurğulayıb:
“Bakı dəfələrlə dialoq platformasına çevrilib. Burada yüksək rütbəli amerikalı və rusiyalı hərbçilər görüşüb, Bakının neytral mövqeyi sayəsində nəticə əldə edilib. Bundan əlavə, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və hazırda bu quruluşa rəhbərlik edir. Həmçinin, Azərbaycan coğrafi cəhətdən çox uğurlu yerləşib”.
“Minsk, London, Vyana, Vatikan müxtəlif faktorlara görə, o cümlədən ev sahibi tərəflərin mövcud hadisələrin mahiyyətindən anlayışları olmadığına görə Ukrayna ilə Rusiya arasında danışıqlar üçün tam uyğun deyil. Azərbaycanın neytrallığının Bakını Kiyevlə Moskva arasında diplomatik təşəbbüslər və dinc dialoq üçün ən yaxşı platforma etdiyinə dair fikirlərlə razıyam”, - deyə Natalya Belous qeyd edib.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?