www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Siyasət » Ceyhun Bayramov: “Azərbaycan və Türkiyə hər kəsi regiondakı yeni reallıqdan faydalanmağa dəvət edir”

Ceyhun Bayramov: “Azərbaycan və Türkiyə hər kəsi regiondakı yeni reallıqdan faydalanmağa dəvət edir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana tez-tez gəlir, ancaq ilk dəfə bir dünya lideri işğaldan azad edilən torpaqları, Türk dünyasında xüsusi yeri olan Şuşa şəhərini ziyarət etdi. Orada Azərbaycan Prezidenti İlham Əliyevlə iki ölkə arasında müttəfiqliq bəyannaməsinə imza atdı. Bu tarixi bir bəyannamədir. Bundan sonra uzun illər haqqında bəhs olunacaq bir bəyannamədir.
Bu sözləri Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyədə səfərdə olan Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsi zamanı bildirib.
“Türkiyə-Azərbaycan münasibətləri Şuşa bəyannaməsi ilə səviyyəcə daha yüksək mərhələyə qədəm qoydu. Yeni inkişaf perspektivlərinin təməli qoyuldu. Burada siyasi, iqtisadi, humanitar, hərbi, müdafiə, Türk dünyasına yönələn mesajlar, Azərbaycan və Türk diasporlarının fəaliyyəti, regionun problemlərinin həllinə dair mesajlar yer alır. Bu bəyannamə sadəcə Azərbaycan və Türkiyəyə deyil, eyni zamanda region ölkələrinə də müsbət təsir göstərəcək. Bu yeni bir reallıqdır. Azərbaycan və Türkiyə hər kəsi bu yeni reallıqdan faydalanmağa dəvət edir. Şuşa bəyannaməsi regionumuzda sülh və tərəqqiyə xidmət edəcək”, - deyə C.Bayramov bildirib.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?