www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Siyasət » Putin: “Heç kim Qarabağ böhranının inkişafında maraqlı deyil”

Putin: “Heç kim Qarabağ böhranının inkişafında maraqlı deyil”

“Heç kim Qarabağ böhranının inkişafında maraqlı deyil”.

TASS-ın məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bəyan edib.
“Rusiya bu ciddi böhranın həllində müəyyən bir rol oynayıb. Heç kim - nə Ermənistan, nə də Azərbaycan onun inkişafında maraqlı deyil”, - deyə RF-nın dövlət başçısı bəyan edib.
V.Putin hazırda bir çox problemin olduğunu vurğulayıb:
“İnfrastruktur, Ermənistan və Azərbaycan arasındakı sərhədlərin müəyyənləşməsi (Xüsusilə heç vaxt sərhəd olmadığı yerlərdə) ilə bağlı problemlər var. Hazırda məsələlərin tənzimlənməsi üzərində iş gedir”, - deyə o, bildirib.
“Xüsusi üçtərəfli qrup yaratmışıq və bu vəziyyəti həll etmək üçün hər şeyi edəcəyik”, - deyə Putin əlavə edib.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?