www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Siyasət » Azərbaycanın dövlət bayrağı dünyanın ən hündür beşinci göydələnində dalğalanıb - FOTO

Azərbaycanın dövlət bayrağı dünyanın ən hündür beşinci göydələnində dalğalanıb - FOTO

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə, həmçinin Vətən müharibəsinə dəstək olmaq məqsədilə Koreya Respublikasının paytaxtı Seul şəhərində Azərbaycan bayrağının asılması aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiya Azərbaycanın Koreya Respublikasındakı səfirliyi və Koreya Mədəniyyət Assosiasiyasının birgə dəstəyi, “Buta” Azərbaycan-Koreya Dostluq Assosiasiyasının üzvlərinin iştirakı ilə keçirilib. Azərbaycan bayrağı dünyanın ən hündür 5-ci, Koreya yarımadasının isə 1-ci binasında - “Lotte World Tower” göydələnində asılıb. Hündürlüyü 541 metr olan 123 mərtəbəli binanın yuxarı hissəsində yerləşən “Səma körpüsü”ndən Azərbaycan bayrağı asılıb.
Bayraq aksiyası koreyalılar tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, 2017-ci ildən istifadəyə verilmiş göydələndə ilk dəfə olaraq məhz Azərbaycan Respublikasının üçrəngli bayrağı dalğalanıb. “Lotte World Tower”in idarəçiləri Azərbaycan bayrağının məhz bu göydələndə dalğalandırılmasına görə tədbirin təşkilatçılarına təşəkkür edib, Azərbaycanın bu nümunəvi layihəsindən faydalanaraq sözügedən binada tezliklə Koreya Respublikasının bayrağının da dalğalandırılması layihəsini həyata keçirəcəklərini söyləyiblər.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?