www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Siyasət » Qənirə Paşayev Pakistanın ölkəmizdəki səfirini Bilal Haye ilə görüşüb

Qənirə Paşayev Pakistanın ölkəmizdəki səfirini Bilal Haye ilə görüşüb

Noyabrın 18-də Milli Məclisdə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüblər.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Görüşdə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin Azərbaycanda yüksək qiymətləndirildiyini bildirib.
Ermənistanın növbəti təxribatı nəticəsində başlanan əks-hücum əməliyyatları zamanı Pakistanın Azərbaycanın yanında olması, 30 ildən bəri işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsi günlərində daim Azərbaycanın haqq işini və ədalətli mübarizəsini dəstəklədiyi yüksək qiymətləndirilib. Bütün bunlara görə Pakistan dövlətinə və xalqına dərin təşəkkürümüzü bildiririk.
Qənirə Paşayeva iki ölkə arasında mədəni, iqtisadi, təhsil sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıb və bu istiqamətdə atılan addımlar, eləcə də ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin də mühüm rol oynadığını qeyd edib.
Pakistanın ölkəmizdəki səfiri Bilal Haye isə öz növbəsində öncə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı Qələbə münasibətilə Milli Məclisin deputatlarına, Azərbaycan xalqına təbriklərini çatdırıb.
Belə bir vaxtda Azərbaycanda səfir kimi fəaliyyət göstərəcəyi üçün xoşbəxt olduğunu vurğulayan B.Haye qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi dünya tarixində tayı-bərabəri olmayan bir müharibə və möhtəşəm qələbədir. 
Görüşdə iştirak edən Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Tahir Rzayev və Sadiq Qurbanov vurğulayıblar ki, dost dar gündə tanınar, Azərbaycanın çətin günlərində ölkəmizin haqq işini dəstəkləməsi Pakistanın əsl dost və qardaş ölkə olduğunu bir daha təsdiqlədi və biz bununla qürur duyuruq.
Söhbət əsnasında dünya siyasətindəki ikili standartlara, bir sıra aktual məsələlərə də toxunulub. Ölkələrimiz arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?