www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Siyasət » Prezident Ağdamın azad edilməsinin tarixi əhəmiyyətindən danışdı

Prezident Ağdamın azad edilməsinin tarixi əhəmiyyətindən danışdı

“Dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, Ermənistanın mövqeyinə görə məsələ öz həllini tapmadı”.

XeberBiz.com-un məlumatına görə, bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, məsələnin hərbi yollarla həll edilməsi Azərbaycanın qanuni hüququdur:
“Bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır. Hər bir ölkə özünü müdafiə edə bilər. Biz də özümüzü müdafiə etmişik. Ağdam rayonunun işğaldan azad edilməsi tarixi hadisədir. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur”.
“İşğaldan əvvəl Ağdamda 143 min insan yaşayırdı. Hazırda 204 mindir. Rayonun 73 faizi işğal edilmişdi. Bizim nəzarətimizdə olan ərazilərdə böyük quruculuq işləri aparmışıq. Quzanlı kəndinə qəsəbə statusu verdik və rayonun mərkəzinə çevirdik.
Orada sosial obyektlər, infrastruktur, iş yerləri yaradıldı və digər infrastruktur qurulub. Bizim nəzarətimizdə olan hissədə 18 qaçqın şəhərciyi salınıb, 93 min qaçqını oraya yerləşdirə bildik.
Görülmüş işlər hesabına Ağdam rayonunun əhalisinin 45 faizi rayonun ərazisində yaşayır”, - deyə Prezident qeyd edib.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?