www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Sosial » "Əsgərə Xatirə Kitabı" Layihəsi beş yaşını Füzulidə qeyd etdi - FOTO

"Əsgərə Xatirə Kitabı" Layihəsi beş yaşını Füzulidə qeyd etdi - FOTO

Bu gün beş yaşı tamam olan  "Əsgərə Xatirə Kitabı" Layihəsinin komandası Füzuli rayonunda yaşayan 4 aprel şəhidinin, 4 qazi, 61 II Qarabağ müharibəsi şəhidinin ailəsini ziyarət etdi.

Müdafiə Nazirliyinin  birgə təşkilatçılığı ilə  "Əsgərə xatirə kitabı"nın layihə rəhbəri Nuranə xanım Şıxəliyeva və  idarə heyətinin fəal vətəpərvər üzvü iş adamı, xeyriyyəçi Əliş Hüseynov  ailələrə baş cəkilmışdir.
Vətən uğrunda canından keçmiş qəhrəman oğullarımızı dərin ehtiram və fəxarət hissi ilə yad etmışlər.
Aprel döyüşlərində və II Qarabağ müharibəsində şəhid olmuş və yaralanmış qazilərin ailə üzvləri ilə görüşlərdə onların mənəvi, maddi, sosial qayğıları və psixoloji problemləri ilə yaxından maraqlanılmışdır. 
Fəaliyyətə başladığı vaxtdan bəri daima şəhid ailələrinin, qazilərin, ön xəttdə xidmət edən əsgər və zabitlərimizin yanında olan, onlara mənəvi, maddi, psixoloji dəstəyini əsirgəməyən "Əsgərə xatirə kitabı" layihəsinin xeyrxah və vətənpərvərlik yönümündəki aksiyaları bundan sonra da davam edəcək.
















ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?